Tərtər Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaş qəbulu keçirilib




Tərtər Rayon İcra Hakimiyyətində mütamadi olaraq vətəndaşlar qəbul edilir, 
onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır.

Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri 
yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlərlə bağlı isə 
müvafiq qurumlara tapşırıqlar verilir. Keçirilən bütün qəbullarda Azərbaycan 
Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə 
uyğun olaraq vətəndaş məmnunluğu təmin edilir.
Məlumat üçün bildiririk ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş 
şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra 
başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və 
proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq 
və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri 
üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra 
hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti(https://rih.gov.az/)portalı vasitəsi 
ilə də müraciət edə bilərlər.
Tarix: 8-08-2023, 19:07
Xəbəri paylaş





Xəbər lenti