GÖYÇAY SAKİNLƏRİ KÜTLƏVİ ETİRAZA QALXDI - Video

GÖYÇAY SAKİNLƏRİ KÜTLƏVİ ETİRAZA QALXDI - Video

Göyçay rayonu, Şəhadət kənd sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Qarşılaşdıqları problemlərlə bağlı etiraz edən sakinlər su, işıq və yol problemi ilə əlaqədar dəfələrlə aidiyyəti orqanlara müraciət etdiklərini bildirirlər. Lakin onların bu şikayətlərinə məhəl qoyan yoxdur.
Məlumata əsasən, icra başçısı Natiq Ağayev həmin kənddə səyyar qəbul keçirib. Sakinlərə söz verib ki, 3 aya kimi problemləriniz həll olunacaq. Artıq 6 aydan daha çox vaxt keçməsinə baxmayaraq, şikayətləri təmin edilməyib.
Kənd sakinlərinin redaksiyamıza göndərdikləri video müraciəti olduğu kimi təqdim edirik:

Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 9-08-2023, 14:03
Xəbəri paylaş





Xəbər lenti