Tərtər Rayon İcra Hakimiyyətində mütəmadi olaraq vətəndaşların müraciətləri dinlənilir
Tərtər Rayon İcra Hakimiyyətində mütəmadi olaraq vətəndaşlar qəbul edilir,
onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır.Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri
yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlərlə bağlı isə
müvafiq qurumlara tapşırıqlar verilir. Keçirilən bütün qəbullarda Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə
uyğun olaraq vətəndaş məmnunluğu təmin edilir.
Məlumat üçün bildiririk ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş
şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra
başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və
proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq
və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri
üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra
hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti(https://rih.gov.az/)portalı vasitəsi
ilə də müraciət edə bilərlər.
Tarix: 15-08-2023, 18:05