Göyçalılar icra başçısından ŞİKAYƏTÇİDİRLƏR - MÜRACİƏT
Göyçay rayon sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Siam.az-a daxil olan müraciətdə deyilir:
"İcra başçısı Natiq Ağayev Göyçayı şəxsi mülki kimi idarə edir.Vəzifəyə təyin olunduğu ilk gündən birinci işi özünə trollar komandası yığmaq oldu.Hər bir troluna və onun ailə üzvülərinə maaş kartları verib.Əlində bir neçə əxlaqsızı saxlayıb haqqın tələb edən insanları şantaj etdirir.Həmin trollar isə öz əxlaqlarına uyğun sosial şəbəkələrdə namuslu insanlar barədə yazdıqları söyüşlərdən isə Natiq Ağayev sanki həzz alır buda onun dürüst adam olmadığını göstərir.
Ciblərində maaş kartları olan trollar işə gəlmədən qanunsuz davamiyyət yazılaraq hər ay müftə maaş alırlar.
İcra başçısı Natiq Ağayev Bakı şəhər sakini olan yaxın dostu Cavanşir Qədirov adlı işinin öhdəsindən gələ bilməyən yaramazı Göyçay Şəhər Təsərrüfatı İdarəsinə müdir təyin edib. Həmin idarə Mənzil İstismarı, Sanitar Təmizlik, Yaşıllaşdırma və abadlaşdırma İdarələrinə nəzarəti həyata keçirir.Cavanşir Qədirovun idarəçilik anlayışı olmadığı üçün Göyçay Şəhər Təsrrüfatı idarəsi iflic olub deyə rayon zibillik, çirkab içində itib batır, ağaclar susuzluqdan və baxımsızlıqdan kütləvi quruyur.Gözdən pərdə asmaq üçün Göyçay şəhərinin bir iki küçələri təmizlənilir ancaq digər küçələr baxımsız vəziyyətdədir.Zibillər süpürülmür vaxtlı-vaxtında götürülmür deyə ətrafa antisanitariya saçır.Həttda zibillər yerdə topalanaraq yandırılır.Buna görə Göyçayın küçələri tez-tez tüstüyə bürünür ekologiya çirklənir. Həmin adı qeyd edilən bu 3 idarənin maaş kartlarının əksəriyəti trollara və onların ailə üzvülərinə verilib onlarda işə çıxmırlar.İşçi qüvvəsi olmadığı üçün rayonda təmizlik işləri vaxtlı-vaxtında aparılmır. Cibində maaş karı olan trollar sosial şəbəkələrdə yazırlar ki, bundan əvvəlki başçıların dövründə pis idi indi yaxşıdır.
Ancaq qeyd edək ki, bundan əvvəl icra başçısları ağacları isti aylarda tez-tez sulatdırırdı, budayırdılar, rayonun küçələri vaxtlı-vaxtında təmizlənirdi. İndi isə Natiq Ağayev sanki şahlıq yaradıb iş bacarmayan səriştəsiz təcrübəsi olmayan yaxın dot tanışını mühüm idarələrə rəhbər təyin edib. Sosial şəbəkədə kimlər ki, Natiq Ağayev barədə tərif yazırsa bilin ki, həmin adamın özünün və ailə üzvülərinin cibində maaş kartları var, işədə getmədən maaş alırlar.Bunu isə yoxlamaq çox asandır. Nəticə isə göz qarşısında rayon zibiliik içində itib batır trollar kef edir sakinlər əziyyət çəkir Natiq Ağayev isə bu xoşagəlməz mənzərədən həzz alır".
İddia olunanlarla bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...