Rayon rəhbərinin sədrliyi ilə aparat müşavirəsi keçirilib



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi 
ilə keçirilən müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının 
əməkdaşları, YAP Tərtər Rayon Təşkilatının və rayon Ağsaqqallar 
Şurasının sədrləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə, 
müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Müşavirədə rayon rəhbəri əvvəlcə  “Heydər Əliyev İli” ilə əlaqədar Tərtər 
Rayon İcra Hakimiyyətinin Tədbirlər Planınına uyğun olaraq rayonda 
keçirilmiş və keçiriləcək tədbirlər barədə məlumat verib, idarə, müəssisə və 
təşkilatlarda Ulu Öndərlə bağlı tədbirlərin il ərzində davam etdiriləcəyini 
bildirib.
Sonra Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının 
icrasının təmin edilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin 
tələblərinə uyğun olaraq operativ surətdə baxılaraq vətəndaş 
məmnunluğunun təmin olunması, vətəndaş müraciətlərinin Rəqəmsal İcra 
Hakimiyyəti Portalı vasitəsilə etmələri barədə maarifləndirmə işinin 
aparılması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib 
həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, şöbələr üzrə verilmiş 
tapşırıqların icra vəziyyəti, içməli sudan qənaətlə istifadə olunması və əkin 
sahələrinin suvarılma suyuna olan təlabatının növbəlilik əsasında təşkili, 
İƏD üzrə nümayəndələr tərəfindən sakinlər arasında əmlaklarının 
sığortalanması, bələdiyyə rüsumlarının vaxtında yığılması ilə əlaqədar 
maarifləndirmə işlərinin aparılması, soydaşlarımızın haqq səsinin bütün 
dünyaya çatdırılması üçün Qərbi Azərbaycan İcmasının sosial şəbəkə 
ünvanlarını izlənilməsi və paylaşılması üçün əhali arasında təbliğat işlərinin 
aparılması, bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə, şəhid 
abidələrinin ətrafında təmizlik-abadlıq işlərinin görülməsi, aqrar sahədə 
aparılan mövsümi işlər-pambığın, çuğundurun suvarılması və becərilməsi 
və digər məsələləri müzakirə olunub.
Müzakirə olunan məsələlər barədə başçının birinci müavini Elvin Umudov, 
Tərtrər RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər 
şöbəsinin müdirinin müavini Zabil Paşayev, Tərtər Cümə Məscidinin imamı 
Sadiq Cəfərov, Suvarma Sistemləri İdarəsinin rəisi Şəmil Ziyadov, YAP 
Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Azərçuğundurun Tərtər 
rayonu üzrə nümayəndəsi Loğman Müseybov çıxış ediblər.
Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə aidiyyəti 
qurumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib, işində 
nöqsanlara yol vermiş inzibati ərazi üzrə nümayəndələrə xəbərdarlıq 
edilib.
Tarix: 18-08-2023, 18:47
Xəbəri paylaş





Xəbər lenti