Rayon rəhbəri boks idman növü üzrə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına ilk lisenziya qazanan Murad Allahverdiyevi qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov boks
idman növü üzrə 6 qat Azərbaycan çempionu, 2 dəfə avropa üçüncüsü, 1
dəfə Avropa çempionu, Avropa oyunlarının bürünc mükafatçısı olmuş,
2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına ilk lisenziya
qazanan idman ustası Murad Allahverdiyevi qəbul edib.Rayon rəhbəri Murad Allahverdiyevi idman sahəsində əldə etdiyi uğurlarına
görə təbrik edib, ona yeni-yeni uğurlar arzulayıb, ölkəmizdə bədən tərbiyəsi
və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata
keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə
görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmiz ikinci dəfə müstəqillik
qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman
ölkəsi kimi nüfuz qazandırıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilən gənclərə, idmana və idmançılara göstərilən diqqət, qayğı göz
qabağındadır.
Görüşdə gənc idmançı Murad Allahverdiyev gələcək planlarından danışıb,
idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğıya görə cənab
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya minnətdarlığını bildirib.
Sonda idmançıya rayon rəhbəri tərəfindən qiymətli hədiyyə təqdim edilib,
xatirə şəkli çəkilib.
Tarix: 20-08-2023, 08:54