Üç-dörd gün əvvəl çəkilmiş asfalt yol dağıdıldı - VİDEO
Salyan şəhərinin mərkəzi yollarından sayılan Heydər Əliyev prospektində aparılan qazıntı işləri sakinlərin narazılığına səbəb olub. Belə ki, hazırda prospektdə kanalizasiya xətləri yenidən qurulur. Bunun üçün isə cəmi 3-4 gün əvvəl çəkilmiş asfalt yol dağıdılıb. Yəni yeni asfaltın sevincini hələ ürək dolusu yaşamayan sakinlər xoşagəlməz mənzərə ilə üzləşiblər. Daha ətraflı Baku TV-nin süjetində: