Tərtərin icra başçısı sakinləri dinlədi

Tərtərin icra başçısı sakinləri dinlədi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və
tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü şəhərin şəhid
Nicat İsgəndərov, Vasif Hüseyinov və Nəriman Nərimanov küçələrində
keçirilib. Bu barədə yerli RİH-dən xəbər verilib.
Qəbulda səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri,
İƏD üzrə nümayəndə, bələdiyyə sədri və şəhər sakinləri iştirak ediblər.
Rayon rəhbəri möhtərəm Prezident cənab İlham Əliyevinbölgələrə
səfərindən, ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə
də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial
durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən,
şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, cənab
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf
etdiyini və əldə olunan nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib.
İcra başçısı Qərbi Azərbaycan İcmasının fəaliyyətindən, İcmanın etnik və dini
ayrıseçkilik qoymadan insan hüquqularının müdafiəsinə dəstək verilməsindən
də danışıb.
Sonra şəhərdə aparılan tikinti quruculuq abadlıq işləri haqqında sakinlərə
məlumat verib.
Bildirilib ki, müharibədən dərhal sonra şəhərin müharibədən zərər çəkmiş
küçələrinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 288 min
kvadratmetr, rayon icra hakimiyyəti tərəfindən isə 77590 kvadratmetr asfalt
örtüyü salınıb. Küçələrin istinad divarları müxtəlif bəzək daşları və aqlaylarla
üzlənib, əvvəlkindən də gözəl olub.
Şəhərin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə,
Mahir Əsədov, Rasim Mürsəlov və Eldar Məmmədov küçələrində aparılan
abadlıq işləri başa çatıb. Səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub,
yeni yaşıllıq zolaqları yaradılıb, işıq, qaz, telekommunikasiya xətləri qaydaya
salınıb. Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə,
Mahir Əsədov, Rasim Mürsəlov və Eldar Məmmədov küçələrində səkilərə
asfalt döşənib. Şakir Həsənov küçəsində isə təmir işləri başa çatmaq üzrədir.
Bununla yanaşı Qənbər Qənbərli, Sənan Məmmədli, Azər Şəmilov və
Süleyman Məmmədov küçələrində isə istinad divarları hörülüb
hündürləşdirilib, divarlar aqlay və bəzək daşları ilə üzlənib. Kommunikasiya,
işıq, telefon xəttləri səliqəyə salınıb, təmizlik işləri aparılıb.
Küçələrlə yanaşı üzun İllərdir təmir-abadlıq işləri aparılmayan M.Ə.Sabir adına
parkda da aparılan yenidənqurma və təmir işləri başa çatıb. Parkda köhnə
tamet daşları və bardyorlar yenisi ilə əvəz olunub, əraziyə yeni münbit torpaq
verilərək gül kolları və müxtəlif bəzək ağacları əkilib. M.Ə.Sabirin büstü və
onun satirik əsərlərinin personajlarının heykəlləri təmir-bərpa olunub,
sakinlərin istirahəti üçün söhbətgahlar təmir olunub, parkın gecə
işıqlandırılması üçün yeni işıqlandırma sistemi qurulub, parkın istinad divarları
aqlay daşları ilə üzlənib, mühəccərlər təmir olunaraq rənglənib, insanların
istirahəti üçün şərait yaradılıb.
Tərtər şəhər 5 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni bina
tikilib. Yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək.
Şəhid Vasif Hüseynovun adını daşıyan küçədə şəhidin xatirəsinə tikilmiş
bulaq təmir olunub, ətirafında abadlıq işləri aparılıb.
Vətən Müharibəsi şəhidlərinin adını daşıyan Anar Əliyev, Polad Həşimov,
Ruslan Şahbazov, Sənan Məmmədli, Qənbər Qənbərli, Azər Şəmilov və
Aslan Hüseynov küçələrində şəhidlərin barelyefləri quraşdırılıb.
Hazırda isə şəhərin Vüqar Həsənov küçəsində təmir işlərinə başlanıb, istinad
divarları hörülüb, hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb
yenisi ilə əvəz olunur, divarlar aqlay və bəzək daşları ilə üzlənir. Küçədə
kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınır, ağaclar budanır, təmizlik
işləri aparılır.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə
bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat
verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları,
hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü
maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Sakinlərindən Samir İbrahimov və Mahrux Bəxtiyarova işlə təmin olunma,
Ədalət Məmmədova evinin yaxınlığında təhlükəli vəziyyətdə olan ağacın
budanması, Svetlana Məmmədova evinin sənədləşdirilməsinə köməklik
olunması və digər şəxsi məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya,
şəhərdə aparılan təmir-tikinti işlərinə görə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tərtərin icra başçısı sakinləri dinlədi
Tərtərin icra başçısı sakinləri dinlədi
Tərtərin icra başçısı sakinləri dinlədi
Tərtərin icra başçısı sakinləri dinlədi
Tərtərin icra başçısı sakinləri dinlədi
Tərtərin icra başçısı sakinləri dinlədi

Tarix: 23-08-2023, 22:48
Xəbəri paylaş





Xəbər lenti