Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Hacıyev
Qubad Cəmil oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə
maraqlanıblar.Görüşdə rayon rəhbəri Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin
Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində
törətdiyi genişmiqyaslı təxribatlardan, bu təxribatların qarşısının alınması
zamanı Azərbaycan Ordusunun şəhidlər verməsindən söhbət açıb. Qeyd
olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfər kimi yenə də
Azərbaycan əsgəri düşmənə layiqli cavablar verir. İcra başçısı 44 günlük
Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən də
söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək
olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşakar
döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında
torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün
şəhid valideynləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən
sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq
işlərindən söhbət açıb. Qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev
və birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə
diqqət və qayğı ilə yanaşır.
Qubad Hacıyev1988-ci ilmay ayının 19-daTərtərşəhərində anadan olub.
Azərbaycan Ordusununkiçik çavuşu olan Qubad Hacıyev 2020-ci il
sentyabrın 27-dəAzərbaycan Silahlı QüvvələritərəfindənErmənistanişğalı
altında olan ərazilərin azad edilməsi vəAzərbaycanınərazi bütövlüyünün
bərpa olunması üçün başlananVətən müharibəsizamanıSuqovuşanın
azadlığı uğrunda gedən döyüşlərdəsavaşıb. Qubad Hacıyev sentyabrın 27-
də Ağdərəistiqamətində şəhid olub. Yevlax rayonunun Nəmirli kəndində dəfn
olunub.
Azərbaycanınərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası
zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçünAzərbaycan
Prezidentiİlham Əliyevinmüvafiq Sərəncamlarına əsasən Qubad Hacıyev
ölümündən sonra"Vətən uğrunda" və "Laçının azad olunmasına görə"
medalları ilə təltif edilib.
Şəhidin ailəsi şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin
başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 23-08-2023, 23:30