Qazi ailəsi Ağstafada ÇƏTİNƏ DÜŞÜB - GİLEY
"Mənim şikayətim Ağstafa şəhər 1 nömrəli tam orta məktəb və Tovuz regional təhsil Şöbəsindəndir. Bəlkə bu şikayətimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi görub bu məsələyə baxa..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Əfəndizadə Türkan adlı istifadəçi giley edir.Daha sonra narazı vətəndaş yazır: "Biz 2022- ci ilin mart ayının 25-i Beyləqandan Ağstafaya təyinatımızı aldıq. Bura gələndə Agstafadan Beyləqana "peravod" olmus hərbci ailələrindən məktəblə və muəllimlə bagli məlumat aldiq ki uşağın təhsili önəmlidir.
2 müəllim adı deyildi bizə, 1 müəllim də xarici dil ingilis idi, biri də rus dili... Beyləqanda ingilis dili olduğu üçün burda da ona uyğun müəllimi istədik. Bizə həmin muəllimin sinfində yer yoxdur dedilər. Halbuki Horadizdə, Beyləqanda hərbci ailəsi olduğumuzu biləndə vakant yer açılırdı. Bizi başqa müəllimə verdilər, dedim eybi yox, 1 il oxusun yer açılan kimi dəyişərəm.
Bu il yenə eyni vəziyyət.. yoldaşım 8 avqustda yerdəyişmə açılan kimi məktəbə yaxınlaşıb ərizə yazdi, dedilər narahat olmayın, əlaqə saxlayacağıq. Yoldaşım hal-hazırda təlimlərdədir, dəfələrlə direktora telefon edib. Deyib məzuniyyətdəyəm... gah deyib ki, həkimdəyəm, özüm yığacam, gah da dəfələrlə zəngləri açmayıb. Bu gün də deyib ki həmin müəllimdə sinif tam doludur.
Tovuz regional təhsil şöbəsinə yığırıq, deyirlər, siz elektron muraciət etməli idiniz, bizlik bir şey yoxdur. Halbuki ərizə yazıb yoldaşım, o ərizə də hara gedib bilmirik.!!
Direktora deyirik ki, yer açın, deyir bizim elə bir səlahiyyətimiz yoxdur, nazirlik açmalıdır. Həmin müəllimdə 2 ildir qəbul dayanib??? Biz dərdimizi kimə deyək, yoldaşım Qazidir... xidmətə yararlı olduğu üçün xidməti başındadır. Onsuz da qizim6 3-cu sinifə kimi atasının isi ilə bağlı Horadiz, Beyləqan, Ağstafa məktəblərini gəzib. Savad cəhətdən də savadlı uşaqdır. Bir valideyn kimi həmin müəllimi istədiyim halda bu məsələyə baxılmır. Direktora məktəbdən çıxaracağıq, deyirik, deyir "Problem yoxdur, çıxarın..."
Məsələ ilə bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 25-08-2023, 09:52