Rayon rəhbəri tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə 
vətəndaşları qəbul edib. Qəbulda 42 nəfər vətəndaşın müraciəti dinlənilib. 
Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə 
həssaslıqla yanaşılıb.

Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, sahibkarlıq üçün torpaq 
sahəsinin ayrılması, pay torpaq sahəsinin suvarılması, icarəyə torpaq 
sahəsinin ayrılması, maddi yardım, evlə təmin olunma, ev təmirinə köməklik, 
müalicə olunmasına köməklik və digər şəxsi məsələlərlə bağlı müraciət 
ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra 
hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, 
digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş 
məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial 
rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm 
Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım 
Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 29-08-2023, 17:09
Xəbəri paylaş





Xəbər lenti