Zaqatala rayon icra hamimiyyəti qanunları POZDU


Zaqatala Rayon İcra Hakimiyyətinin "İnventarların alınması" kotirovka sorğusu ləğv olunub.

DİA.AZ FED.az-a istinadla xəbər verir ki, buna səbəb Müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında (DSQ 4.1.2, 38.2, 57.3.7.) olmasıdır.

Bu da Dövlət Satınalmaları haqqında qanunun 4.1.2-ci maddəsinə görə Növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edildikdən və büdcə göstəricilərini aldıqdan sonrakı 10 bank günü ərzində satınalan təşkilat ilkin satınalma planında dəqiqləşdirmə apararaq, həmin planı təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir.

38.2-ci maddəyə görə Tender komissiyası bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən qeyri-obyektivliyə yol verərək, hər hansı iddiaçının tərəfini saxlayarsa, iddiaçılardan hər biri müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilər. Həmin orqanlar tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyini təsdiqləyərsə, tenderin nəticələri ləğv olunur və satınalan təşkilat həmin iş üzrə yeni tender keçirir. Bu halda qəbul olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş komissiya üzvlərindən başqa, komissiyanın sədri və digər üzvləri 3 il müddətində hər hansı tender komissiyasının sədri və ya üzvü ola bilməzlər.

57.3.7-ci maddəyə əsasən müvafiq icra hakimiyyəti orqanı şikayəti rədd etmirsə, aşağıdakı hüquqi müdafiə vasitələrindən birini və ya bir neçəsini tövsiyə edə bilər:

satınalma prosedurlarına xitam verilməsi barədə sərəncam vermək.
Tarix: 5-09-2023, 13:39
Xəbəri paylaş





Xəbər lenti