Göyçay sakini Məşğulluq Mərkəzinin rəhbərliyindən şikayətçidir - FOTO

Göyçay sakini Məşğulluq Mərkəzinin rəhbərliyindən şikayətçidir - FOTO

Asif Həsənov: “Məndən sonra özünəməşğulluğda qeydiyyatdan keçən vətəndaşların əksəriyyəti müəmmalı yollarla istədiklərini əldə ediblər”
Göyçay rayonu, 1-ci Ərəbcəbirli kənd sakini Həsənov Asif Aydın oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 3 ildir Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional filialına - Göyçay Məşğulluq Mərkəzinə xırdabuynuzlu mal-qara üçün müraciət edib, lakin müraciətinə baxan yoxdur:
"Mən, Həsənov Asif Aydın oğlu, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində yaşayıram. 3 ildir ki, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Filialı Göyçay Məşğulluq Mərkəzinə xırdabuynuzlu mal-qara üçün müraciət etmişəm. Lakin müraciətimə baxan yoxdur. Çünki Göyçay Məşğulluq Mərkəzində kasıbları saymırlar.
Məndən sonra özünəməşğulluğda qeydiyyatdan keçən vətəndaşların əksəriyyəti müəmmalı yollarla istədiklərini əldə ediblər. Məni isə get-gələ salırlar. Bəhanə gətirirlər ki, hələ balın yetmir. Halbuki, hazırkı yaşayış vəziyyətimə əsasən, növbəm çoxdan çatmalı idi.
Sağlamlığım işləməyimə imkan vermir. Həyat yoldaşım da neçə illərdir ağır xəstədir. Qızım kollecdə oxuyur. Bir ata kimi onun maddi təlabatlarını qarşılaya bilmirəm. Özümüz də atamdan miras qalan köhnə evdə yaşayırıq.

Asif Həsənov
Mən mətbuat vasitəsilə ölkə başçısı cənab İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan çox xahiş edirəm, Göyçay rayon Məşğulluq Mərkəzi tərəfindən qısa vaxt ərzində xırdabuynuzlu mal-qara (qoyun) ilə təmin olunmağım üçün köməklik göstərsinlər. Həqiqətən də çox acınacaqlı durumdayıq. Ümid edirik ki, şikayətimə baxılacaqdır".
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 5-09-2023, 14:00
Xəbəri paylaş





Xəbər lenti