İcra başçısı Yevlax Reabilitasiya Mərkəzinin direktorunu qəbul edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  Əmək və 
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial 
Ekspertiza və Reabilitasiya Agentliyinin Yevlax Reabilitasiya Mərkəzinin 
direktoru tibb üzrə fəlsəfə  elmləri doktoru Məmmədova Elyanora Səyyad 
qızını və mərkəzin əməkdaşlarını qəbul edib. 

Qəbul zamanı Elyanora xanım  mərkəz haqqında məlumat verib. Bildirib ki, 
rəhbərlik etdiyi mərkəzdə Yevlax və ətraf rayonlarda yaşayan vətəndaşlara 
kompleks tibbi-sosial reabilitasiya xidməti göstərilir, vətəndaşların  sosial 
stasusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, peşə diaqnostikası 
və reabilitasiyası, yaş və sağlamlıqları nəzərə alınmaqla psixoloji seanslara 
cəlb olunmaları, gigeyenik vərdişlərin tərbiyə ediməsi, sağlam həyat tərzinin 
təbliği istiqamətində işlər  görülür.
İcra başçısı qəbul zamanı 44 günlük Vətən müharibəsində iştirak edən 
tərtərlilərə vurulan fiziki və mənəvi  zərbədən, onların öz sağlamlıqlarına 
qovuşmaları üçün dövlət səviyyəsində aparılan işlərdən, həyata keçirilən 
layihələrdən, şəxsən respublika prezidenti cənab İlham Əliyev və Birinci 
vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələri və qazilərə 
göstərilən xüsusi diqqət və qayğıdan, nə qədər  qazi və şəhid ailəsinin 
üzvlərinin sağlamlıqlarının bərpası üçün respublika ərazisində və xaricdə 
müayinə və müalicəyə göndərilməsindən danışıb.Bildirib ki, ölkə rəhbərinin 
şəhid ailələri və qazilərə, göstərdiyi diqqət və qayğı bizə bir örnəkdir.
Rayon rəhbəri qeyd  edib ki, Tərtər  rayonunda 389 şəhid ailəsi, 374 nəfər 
qazi var ki, onların sağlamlıqları həmişə diqqət mərkəzində saxlanılır. 
 Görüşdə rayon icra hakimiyyəti tərəfindən tərtərli şəhid ailələrinin 
üzvlərinin və qazilərin mərkəzdə müayinə və müalicəyə cəlb olunması 
istiqamətində də mərkəzin direktoru ilə müzakirələr aparılıb.
İcra başçısı əlilliyi olan vətəndaşlara  öz sağlamlıqlarına qovuşmaları üçün 
göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti 
cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya 
öz minnətdarlığını bildirib.
Tarix: 5-09-2023, 14:03
Xəbəri paylaş





Xəbər lenti