İcra başçısı şəhərin təmir işləri aparılan küçələrində görülən işlərə baxış keçirib
Tərtər şəhərində tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb, şəhərdə müasir şəhərsalmanın tələblərinə uyğun olaraq təmir-tikinti işləri aparılır. Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhərin təmir-tikinti işləri aparılan küçələrində görülən işlərə yerində baxış keçirib. Bu barədə yerli RİH-dən xəbər verilib. Şəhərin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, Mahir Əsədov, Rasim Mürsəlov və Eldar Məmmədov küçələrində aparılan abadlıq işləri başa çatıb. Səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub, yeni yaşıllıq zolaqları yaradılıb, işıq, qaz, telekommunikasiya xətləri qaydaya salınıb. Bununla yanaşı Qənbər Qənbərli, Sənan Məmmədli, Azər Şəmilov, Süleyman Məmmədov küçələrində isə istinad divarları hörülüb hündürləşdirilib, divarlar aqlay və bəzək daşları ilə üzlənib. Kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınıb, təmizlik işləri aparılıb. Küçələrlə yanaşı üzun İllərdir təmir-abadlıq işləri aparılmayan M.Ə.Sabir adına parkda da aparılan yenidənqurma və təmir işləri başa çatıb. Parkda köhnə tamet daşları və bardyorlar yenisi ilə əvəz olunub, əraziyə yeni münbit torpaq verilərək gül kolları və müxtəlif bəzək ağacları əkilib. M.Ə.Sabirin büstü və onun satirik əsərlərinin personajlarının heykəlləri təmir-bərpa olunub, sakinlərin istirahəti üçün söhbətgahlar təmir olunub, parkın gecə işıqlandırılması üçün yeni işıqlandırma sistemi qurulub, parkın istinad divarları aqlay daşları ilə üzlənib, mühəccərlər təmir olunaraq rənglənib, insanların istirahəti üçün şərait yaradılıb. Şəhid adlarını daşıyan 10 küçənin girişinə onların baralyefi qoyulub, şəhid Vasif Hüseynovun adını daşıyan küçədə şəhidin xatirəsinə tikilmiş bulaq təmir olunub, ətirafında abadlıq işləri aparılıb. Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə küçəsində səkilərə asfalt döşənib, Mahir Əsədov, Rasim Mürsəlov və Eldar Məmmədov küçələrində səkilərə asfalt döşənməsi üçün hazırlıq işləri aparılır. Hazırda Füzuli Rüstəmov, Şakir Həsənov küçələrində təmir-abadlıq işləri davam etdirilir. Görülən işlərlə tanış olan icra başçısı aidiyyəti üzrə əlaqədar şəxslərə tapşırıq və tövsiyyələrini verib və təmir işləri aparılan küçələrin sakinləri ilə də görüşüb. Sakinlər şəhər ərazisində aparılan abadlıq-quruculuq işlərində razılıq edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.