Səhləbad kəndində növbəti səyyar qəbul-görüş

Səhləbad kəndində növbəti səyyar qəbul-görüş
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Bu barədə yerli icra hakimiyyətindən xəbər verilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Səhləbad
kəndində keçirilib.
Qəbulda YAP rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri,
səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra
nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını
fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri
düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən
geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən,
qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə
əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi
veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də bəhs edib. Ölkə
rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda
aparılan tikinti-quruculuq-abadlıq işlərini dilə gətirib, Qərbi Azərbaycan
İcmasının fəaliyyətindən, İcmanın etnik və dini ayrıseçkilik qoymadan insan
hüquqularının müdafiəsinə dəstək verilməsindən də danışıb.
Sonra rayon rəhbəri qəbulda kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların
məşğuliyyəti, görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Səhləbad kəndinin 558 hektar ərazisi, 537 təsərrüfatı, 2308 nəfər
əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana, 1 körpələr evi uşaq bağçası, 1
mədəniyyət evi, 8 ticarət, 4 iaşə və 22 məişət obyekti fəaliyyət göstərir. Kənd
sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qazvə içməli
su ilə təmin olunub.
Sakinlər 529 baş iribuynuzlu, 1436 baş xırdabuynuzlu heyvan, 3941 baş quş,
92 arı ailəsi saxlayırlar.
Son üç ildə Səhləbad kəndinində 300 m kəndarası yollar cari təmir olunub, su
arxları 5000 m məsafədə lildən təmizlənib, kənd ərazisində 400 ədəd müxtəlif
növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana
salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin
əlçatanlıq və üstünlüklərini qeyd edib vəhttps://rih.gov.az/platformasından
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu
sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən İman Almuradov kəndə gələn suvarma kanalına nəzarət
olunması, Ziya Mahmudov qəbristanlığa gedən ikinci yolun kol-kosdan
təmizlənməsi, Gülnarə Salahova evlə təmin olunma, Əlzamin Rüstəmov işlə
təmin olunma və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Səhləbad kəndində növbəti səyyar qəbul-görüş
Səhləbad kəndində növbəti səyyar qəbul-görüş
Səhləbad kəndində növbəti səyyar qəbul-görüş
Səhləbad kəndində növbəti səyyar qəbul-görüş

Tarix: 7-09-2023, 17:18
Xəbəri paylaş





Xəbər lenti