Turantv.az saytının elektron poçt ünvanına Lalə Ağdaşlı adlı vətəndaş şikayət məktubu göndərib.Şikayət Ağdaş rayon 1 nömrəli musiqi məktəbinin direktoru
Vüsal Məmmədov haqqındadır. Sözügedən həmən məktubu sizə təqdim edirik:
Məktubda qeyd olunur ki, Musiqi məktəbinin direktoru Region rəisinə savaş elan edib!
…Vüsal Məmmədovun gizli əməkdaşlıqları və gizli görüşləri…
Ü.Hacıbəyli adına 1№-li onbirillik Musiqi məktəbinin direktoru Vüsal Məmmədov çox təhlükəli oyunlarla məşğuldur. Hətta onun oynadığı təhlükəli oyunun əsas ssenarilərindən biri
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirovu sıradan çıxartmaqdır. Sual oluna bilər ki, necə? Çox sadəcə…
Belə ki,o sistemli şəkildə regional idarəyə daxil olan mədəniyyət müəssisələri, xüsusən də musiqi məkətblərindəki neqativ halları mətbuata ötürür.Həmçinin musiqi məktəblərinə özünə yaxın şəxslərin direktor və direktor müavini, şöbə müdiri yerləşdirilməsi məqsədi ilə hazırkı vəzifəliləri müxtəlif yollarala şantaj etdirməkdən belə çəkinmir. Planlar cızır, oyunlar qurur, hətta dövlətimizi aşağılayan radikal müxlifət
partiyalarının-AXCP və
Müsavat partiyalarının üzvləri ilə gizli əməkdaşlıq edir. Sosial şəbəkələr üzərindən saxta profillər və özünü bloger hesab edən şəxslərin əli ilə
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirovu fəaliyyətini qaralatdırır, rəhbər şəxsləri hədəfə aldırır, anons tipli hədələr yazdırdır. Bunu təsdiq edən kifayət qədər skrin olunmuş məlumatlar var.
Məlumatlı mənbənin yazdıqlarına görə bu iddialı oğlan nəinki səviyyəsiz sosial şəbəkə istifadəçiləri ilə, hətta tanınmış jurnalistələrə də fəqrli-fərqli məkanlarda görüşlər keçirir, onlardan dəstək istəyir. Siyahsında olan şəxslərin vurulması sürətlənsin, verigidən, metrodan mədəniyyətə qoca vaxtında gələn
rəis Aydın Bəşirovun personası qaralansın.Bir sözlə,
Azərbaycan Beynəlxaq Universitetinin vaxtı ilə
“istehsal etdiyi” “unikal tarixçi”lərdan biri olan, Peşə məktəbindəki “çasavik”likdən birbaşa
Mingəçevir Dövlət Dram Teatrına direktor müavini, oradan hansısa yağlı əllərin hesabına musiqi məktəbinə direktor gəlmiş “tütək”ləqəbli Vüsal Məmmədov daha böyük masştablı işlərlə məşğul olur. Hətta bu adam özünün komandasını formalaşdırmaq, tərəfdarlar toplamaq istiqamətində də işlər aparır.
Hələ bu az olmuş kimi iddialı direktor 03 noyabr 2023-cü il tarixdə kollektivi ilə keçirdiyi son iclasda əməli-başlı bərk gedib. Deyib ki, bəs məni Mingəçevirin hüquq-mühafizə orqanları mənim fəaliyyətimi izləyir.Ona görə də hamımız ehtiyatlı olmalıyıq, diqqətli davranmalıyıq.
Musiqi məktəbindəki bəzi xanımlardan ibarət kruqu haqqında isə ayrıca araşdırmaların aparılması olduqca vacibdir.
Daxil olan məlumatların dəqiqləşdirilməsi və çeşidlənməsi gedir.Onları da yaxın günlərdə təqdim edəcəyik.Adamın tükləri lap biz-biz olur, bu gənc məktəb direktorunun pərdə arxasındakı əməllərini eşitdikcə…
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Turantv.az
https://turantv.az/2023/11/07/agdasda-musiqi-m%c9%99kt%c9%99binin-direktoru-region-r%c9%99isin%c9%99-savas-elan-edib-ittiham/
Tarix: 7-11-2023, 15:00