Rəcəb Babşovun nümayəndəsi ötən il 230 min manat xərclədiyi abadlıq işinə bu il 972 min AZN xərcləyəcək - TENDER

Rəcəb Babşovun nümayəndəsi ötən il 230 min manat xərclədiyi abadlıq işinə bu il 972 min AZN xərcləyəcək - TENDER
Qazax RİH başçısı Rəcəb Babaşovun Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin "Qazax şəhərində abadlıq işləri" ilə bağlı elan etdiyi tenderin qalibi açıqlanıb.

32gun.az xəbər verir ki, müsabiqənin qalibi "Göygöl Tikinti" MMC olub. Tərəflər arasında 972.101,69 AZN-lik müqavilə imzalanacaq.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "Göygöl Tikinti" MMC-nin qanuni təmsilçisi Anar Tağıyev Əhməd oğludur.

Xatıladaq ki, Qazax RİH başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ötən il Qazax şəhərində abadlıq işləri" ilə bağlı elan etdiyi tenderə görə, qalib şirkət "AZƏRTRANSS" MMC-yə 229.937,3 AZN ödəyib.

Qazax RİH başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Vəliyevdir.
Tarix: 8-11-2023, 10:15
Xəbəri paylaş





Xəbər lenti