Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı
Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar
Əsədov, Ağsaqqqallar şurasının sədri Faiq Məmmədov, şəhid ailələri, qazilər, müharibə
veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Əvvəlcə torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi
bir dəqiqəlik sükutla yad edilid və onların xatirəsinə ucaldılmış abidənin önünə gül
dəstələri düzülüb.
Sonra Rayon icra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məslisin deputatı
Sahib Alıyev tərtərliləri–onların timsalında bütün Azərbaycan xalqını şanlı Zəfər Bayramı
münasibəti ilə səmimi qəlbdən təbrik ediblər.
Qeyd olunub ki, 8 noyabr tarixində 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan
münaqişəsinə və Azərbaycan ərazilərinin işğalına son qoyan, öz doğma torpaqlarından
qaçqın və məcburi köçkün düşmüş yüzminlərlə azərbaycanlının fundamental
hüquqlarının bərpa olunduğu, bölgədə sülh və əməkdaşlıq üçün imkan yaradan 44
günlük Vətən müharibəsi nəticəsində minlərlə azərbaycanlının canı və qanı bahasına
qazanılmış Zəfər Günü qeyd olunur.
Müstəqilliyinin ilk illərindən qonşu ölkə Ermənistanın hərbi təcavüzü, işğalı, etnik
təmizləmə və soyqırımı siyasətinə məruz qalan, bir milyona yaxın qaçqın və məcburi
köçkün problemi ilə üzləşən Azərbaycan sülh prosesinə sadiq olmaqla yanaşı, işğal
faktı ilə barışmayacağını daim bəyan edib.
Vətən müharibəsi nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini, o
cümlədən öz ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını təmin etdi,
bununla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına nail oldu.
44 gün ərzində Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı, cəbhə xəttindən çox
uzaqda yerləşən ərazilərdə yaşayan azərbaycanlılara qarşı Ermənistan tərəfindən
müharibə cinayətlərinin törədilməsinə baxmayaraq, xalqımızın birliyi və həmrəyliyi,
Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun şücaəti
nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri daxil olmaqla,
ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi.
Buna baxmayaraq, Ermənistan yenə də sülh sazişi istiqamətində danışıqlara maneçilik
törətmək, hərbi-siyasi təxribatları və mina təhdidini davam edərək sülh prosesini,
vətəndaşlarımızın həyatını, regiondakı bərpa və yenidənqurma işlərini təhdid altına
almaqda davam etmək yolunu seçdi. Ermənistan tərəfi bununla yanaşı, öhdəliklərinə
zidd olaraq, bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan erməni silahlı
qüvvələrini nəinki Azərbaycan ərazilərindən çıxarmadı, onlara maddi və maliyyə
dəstəyini davam etdirdi, Azərbaycan ərazilərinə qanunsuz olaraq silah, hərbi texnika və
mina ötürülməsi fəaliyyətindən əl çəkmədi. Ermənistan həmçinin hələ də işğal altında
olan 8 Azərbaycan kəndini Azərbaycana təhvil vermədi.
Azərbaycanın bütün səviyyələrdə və platformalarda xəbərdarlıqlarına məhəl qoymayan
Ermənistanın Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələri cari ilin sentyabr
ayında təxribatlarını artırdı və bir gündə 6 nəfər azərbaycanlı mülki şəxslər və polislərin
ölümü ilə nəticələnən mina partlayışı törətdi. Buna cavab olaraq, Azərbaycan tərəfi
qanunsuz erməni qüvvələrinin mövcudluğuna son qoymaq və bütün ərazilərində tam
suverenliyi bərpa etmək məqsədilə, Qarabağ bölgəsində 19-20 sentyabr 2023-cü il
tarixlərində 24 saat ərzində antiterror tədbirləri həyata keçirdi.
Hazırda, erməni silahlı birləşmələrinin və Ermənistanın ərazilərimizdə yaratdığı
qondarma rejimin mövcudluğuna son qoyulduqdan sonra, bölgədə sülh və sabitlikbərpa
olundu.
8 Noyabr – Zəfər Günündə müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz
uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla
yad edirik.
Birinci Qarabağ müharibəsində olduğu kimi 44 günlük Vətən müharibəsində də tərtərlilər
böyük dözüm və dəyanət nümayiş etdirdilər. Ön cəbhədə olduğu kimi arxa cəbhədə də
mülki insanlar şəhid oldu, yaşayış məntəqələrimiz atəşə tutuldu, ancaq düşmənə bir
qarış da torpaq verilmədi. Vətən müharibəsində Ermənistan silahlı birləşmələri
beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydaları pozaraq, Tərtər şəhəri də
daxil olmaqla rayonun yaşayış məntəqələrinə 16 min 277 top, tank, qrad mərmisi, 21
qadağan olunmuş raket atıb, bəzi günlərdə Tərtərə 2000-dən çox mərmi atılıb. “Tərtər
şəhəri II Dünya müharibəsindən sonra Avropanın ən çox bombalar və raketlərin atıldığı
şəhərlərindən biridir!”
Tərtərlilər bu gün böyük qürur hissi ilə Zəfər Bayramını qetd edirlər. Yenilməz sərkərdə,
Ali Baş Komandan İlham Əliyevlə böyük qürrur duyurlar. Çünki o ata vəsiyyətini yerinə
yetirib, verdiyi bütün vədlərə əməl edib.
Zəfər Günümüz mübarək olsun!
Tarix: 8-11-2023, 17:30