Tərtərdə 8 noyabr –Zəfər Günü ilə əlaqədar bir qrup Vətən Müharibəsi şəhidlərinin ailələrinə və qazilərə bayram sovqatları paylanıb


Tərtər Rayon İcra Hakimiyyəti “Azərpambıq” MMC ilə birlikdə 8 noyabr-
Zəfər Günü münasibəti ilə Tərtər rayonundan olan bir qrup Vətən 
Müharibəsi şəhidinin ailəsinə və qazilərə  ərzaq yardımı edib.

Ərzaqların təqdim edilməsində Tərtər Rayon İcra Hakimiyyəti başçısı 
aparatının məsul işçiləri, İƏD üzrə nümayəndələr və “Azərpambıq” MMC 
əməkdaşlarıiştirak ediblər.
Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər onlara göstərilən diqqət 
və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham 
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz 
minnnətdarlıqlarını bildiriblər.
Tarix: 8-11-2023, 17:55
Xəbəri paylaş





Xəbər lenti