Tərtərdə 8 Noyabr-Zəfər Günü münasibətilə bayram konserti olub


8 Noyabr-Zəfər Günü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin və 
Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər Rayon nümayəndəliyinin 
birgə təşkilatçılığı ilə bayram konserti təşkil olunub.

Ulu Öndər Heydər Əliyevin adına parkda açıq yay klubunda təşkil olunan 
konsertdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, 
idarə, müəssisə, təşkilat kollektivləri, şəhid ailələri, qazilər, veteranlar, 
ictimaiyyət nümayəndələri və şəhərin qonaqları iştirak ediblər.
Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı 
iştirakçılar tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.
Tarix: 8-11-2023, 22:16
Xəbəri paylaş





Xəbər lenti