Astaralı fermerlərin ŞİKAYƏTİ – “Meyvələr sahədə çürüyür” – FOTO


Yağışlı hava şəraiti Astara rayonunun sitrus bağlarında məhsuldarlığı aşağı salıb.

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, Astara rayonunun sitrus bağlarında naringi yığımına başlanılıb. Hazırda məhsul yığımı rayonun 30-a yaxın kəndində, əsasən dağ ətəyi kəndlər olan Vaqo, Şüvü, Miki və eləcə də Siyəkü vahidliyinə daxil olan digər kəndlərində, tez yetişən bağlarda aparılır.

Fermerlər deyir ki, ötən illə müqayisədə bu il məhsuldarlıq çox aşağıdır. Onların sözlərinə görə ötən il hər bir ağacdan 40-50 kq məhsul topladıqları halda bu il ağaclardan cəmi 15-20 kq məhsul yığa bilirlər. Səbəb isə yağışlı hava şəraitidir. Yağışlı hava, torpaqda rütubətliliyi çoxaldır və məhsul çürüyür.

Həmsöhbətim Tahir Babayev deyir ki, Astara camaatı məhz naringi ilə dolanır. Əksər ailələrin dolanışıq yeri ildə bir dəfə gördüyünüz bu ağaclardan yığdıqları məhsulun verdiyi qazancdan çıxır. O da olmayanda vəziyyət çox çətin olur.

Bu il əziyyətimiz yağışın badına gedib

Təsərrüfat sahibi Talıb Babayev deyir ki, neçə illərdir təsərrüfatla məşğul olur. Bu mövsüm yağışa görə məhsul çürüyərək yerə tökülüb. Qiymətin qənaətbəxş olmadığından gileylənən fermer, ötən il də naringini eyni qiymətə satdıqlarını, amma bu il ərzaq məhsullarında qiymət artımının olması səbəbindən dolanışıqlarının çətinləşdiyini bildirib.

Hal-hazırda bağlarda nazik qabıq və tez yetişən “karli” sortlu naringi yığılır. Qiymət isə ötənilki kimidir. Alıcılar bağlardan naringini 70-80 qəpiyə alırlar. Qiymətə təsir edən amillərdən biri də, xarici məhsulun ölkəmizə gətirilməsi, eləcə də yerli məhsulun xarici bazarlara çıxmamasıdır.

Alıcılar, qiymətin aşağı olmasını həm də məhsulun həcmi ilə əlaqələndirirlər. Onlar bildirir ki, məhsulun həcmi böyük olsa idi, münasib qiymətə alıb, münasib qiymətə də bazarını təşkil etmək olardı.

Siyəkü kənd bələdiyyə sədri Ramin Dədəyev bildirib ki, ərazi vahidliyinə daxil olan kəndlərdə bir neçə gündür ki, məhsul yığımına start verilib:

“Vahidliyimizdə 100 hektara yaxın ərazidə sitrus bağları salınıb. Əhalinin əsas məşğuliyyəti meyvəçilik və heyvandarlıqdır. Bu il rütubət olduğu üçün meyvələrdə çürümə prosesi ötən illə müqayisədə daha çoxdur”.

Bələdiyyə sədrinin sözlərinə görə ötən il məhsuldarlıq builkindən iki dəfə çox olub.

Qeyd edək ki, bu günə Astarada fərdi təsərrüfatlardan təqribən 5-6 min tona yaxın naringi yığılıb.



Astaralı fermerlər ÇƏTİN DURUMDADIR...
Astaralı fermerlər ÇƏTİN DURUMDADIR...
Astaralı fermerlər ÇƏTİN DURUMDADIR...
Astaralı fermerlər ÇƏTİN DURUMDADIR...

Təqdim etdi:Siam.az

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Tarix: 9-11-2023, 13:14
Xəbəri paylaş





Xəbər lenti