"Harınlamış bank müdiri evimi qanunsuz satıb, PULUNU DA YEYİB" - Vətəndaş şikayəti
Kürdəmir rayon Sığırlı kənd sakini Xumar Zeynalova bildirir ki, 2005-ci ildə ikimərtəbəli fərdi yaşayış evi tikib və 2015 -ci ildə evini kredit təminatı qarşılığında Beynəlxalq banka girov qoyub və 5 min dollar kredit götürüb. O deyir ki, Elşən Sərdarov onun razılığı olmadan onun evinin sənədlərini saxtalaşdıraraq başqa şəxsə satıb.
O iddia edir ki, Bankdan 5 min dolar kredit götürüb lakin Elşən Sərdarov sözü gedən borc məbləğinin qarşısına 1 ədəd də, sıfır rəqəmi artırıb və 5 min borc olub 50 min .
O bununla bağlı aidiyyatı qurumlara müraciət etsə də, onun işinə obyektiv baxılmayıb. Şikayətçi efirmiz vasitəsilə ölkə rəhbərliyinə və yuxarı instansiyalara müraciət edərək bu işin obyektiv araşdırılmasını xahiş edir.