Masallıda Ana Təbiətin ANASINI AĞLADIRLAR... - AXI NİYƏ?
Masallı şəhərinin Digah kəndində Ağciyər Xəstəlikləri Dispanserinin yanında böyük bir ərazidə xırda, orta və iridiametirli ağacların kəsilib yerində tikinti və su hovuzunun tikilməsi, "Çeçen Ramiz" ləqəbli sahibkarın Masallı ərazisində olan meşə zolağı ilə həmsərhəd ərazidə qanunsuz pralama və dövlət meşə fondunda qanunsuz zəbt edib orda daş karxanası açması, Təzə AIavdı kənd sakini Mikayıl adlı şəxsin dövlət meşə zolağında özünə qaynağçı sexi açıb orda müxtəlif tikililərin salması və Masallı şəhərində "Köhnə bazar" adlanan ərazidə böyük bir sahədə orta və iridiametirli şam ağaclarının kəsilib və əksər hissəsini tikintin içində həbs olunması barədə "Azerinfo.info" xəbər portalında məlumat vermişdik.
Bizim çağrışımızla on gün öncə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və 1 saylı yerli Ekologiya Idarəsinin əməkdaşları əvvəl "Köhnə bazar" ərazisində olan tikinti məqsədilə ətrafı zəbt olunmuş şam ağaclarına baxış keçirdib. Orda əməkdaşlarımızın iştirakı təmin olundu, lakin aktın bir sürətin onlara nə verdilər, nə də araşdırmanın son nəticəsi ilə tanış etdilər.
Eyni zamanda təkrar onu da bildiririk ki, Digah ərazisində "ağacların kəsilmə"si işləri 2022-ci ilin birinci rübündən başlamışdır. Hətta ərazidə çəkilmiş fotoşəkil və peyk görüntüləri bunu deməyə tam əsas verir.
"Köhnə bazar" adlanan ərazidən sonra əməkdaşlarımız Digah kəndində olan sözügedən yerə yollanıb. Ekologiyanın əməkdaşı Azər və Amal ərazidə olan qanunsuzluqlar barədə əməkdaşlarımızın ərizəsin alıb və sonra onlara bildirdi ki, narazılıq olmasın deyə, siz çöldə gözləyin və biz araşdırma aparıb sonra sizinlə birlikdə akt tərtib edib son nəticəni deyəcəyik.
Əməkdaşalarımz saatlarla çöldə onları gözləyib, amma onlardan bir xəbər çıxmayəb. Sonra telefon vasitəsilə onlarla əlaqə saxlayan zaman məlum olub ki, onlar xəbərsiz ərazini tərk edib demədən gedirlər. Bir sözlə jurnalistlərin iştirakın araşdırmada təmin etməyiblər. Bu isə qanunsuzdur və görünür ərazidə olan qanunsuzluqlardan ekologiya işçilərinin əvvəlcədən xəbəri olub və sözügdən ərazilərdə olan bütün cinayətlər onların əli ilə həyata keçirilib. Hətta "Çeçen Ramiz" və Mikayılın zəbt dəydiyi əraziyə belə getməkdən boyun qaçırıblar. Bütün bu cinayətlərin başında Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli Ekologiya İdarəsinin əməkdaşları durur. Başda onların rəisi Ceyhun Hüseynov olmaqla. Biz də redaksiyamız adından yuxarıda adları keçən cinayət faktları və onları törədən və törətməyə şərait yaradan şəxs və şəxslər barədə Baş Prokurorluğa müraciət edəcəyik.
Mənbə: "Azerinfo.info" DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
Səhifəmiz bütün maraqlı tərəflərin rəy və mövqe ifadəsi üçün açıqdır...