Rayon rəhbərinin Soyulan kəndində növbəti səyyar qəbul-görüşü keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və 
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının 
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi 
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların 
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq 
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Soyulan kəndində 
keçirilib.
Qəbulda YAP Tərtər rayon təşkilatının və rayon Ağsaqqallar şurasının 
sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, 
ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını 
fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri 
düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri qəbulda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində 
həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən danışıb, lokal 
xarakterli antiterror tədbirlərinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli 
Bəyanatın müddəaların təmin etdiyini, Qarabağ iqtisadi rayonunda törədilən 
genişmiqyaslı təxribatların qarşısını aldığını, Ermənistan silahlı qüvvələrinin 
birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarıldığını, onların hərbi 
infrastrukturunun zərərsizləşdirildiyini, mina terroruna son qoyulmasını və 
Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa etdiyini bildirib, 
respublika prezidentinin 20 illik fəaliyyəti dövründə respublikamızın tərəqqi və 
inkişafı həyata keçirdiyi qlobal layihələrdən, həmişə xalqının yanında 
olmasından, oktyabın 15-də terrorculardan təmizlənmiş ərazilərdə 
Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağını 
dalğalandırmasından, Xankəndi şəhərinin mərkəzində etdiyi çıxışından 
danışıb və Ali Baş Komandanın Xankəndi şəhərindəki çıxışından bu sözləri 
xatırladıb:” Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma 
qoyduğum bütün vəzifələr icra edildi.
İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən 
geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, 
qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə 
əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi 
veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də bəhs edib. Ölkə 
rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda 
aparılan tikinti-quruculuq-abadlıq işlərini dilə gətirib, Qərbi Azərbaycan 
İcmasının fəaliyyətindən, İcmanın etnik və dini ayrıseçkilik qoymadan insan 
hüquqularının müdafiəsinə dəstək verilməsindən də danışıb.
Sonra rayon rəhbəri qəbulda kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların 
məşğuliyyəti, görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Soyulan kəndinin 191 hektar ərazisi, 136 təsərrüfatı, 537 nəfər 
əhalisi var. Ərazidə 1 məktəb, 1 mədəniyyət evi, 1 körpələr evi-uşaq bağçası, 
1 kitabxana, 2 ticarət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və 
maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qazvə içməli su ilə təmin olunub.
Sakinlər 330 baş iribuynuzlu, 609 baş xırdabuynuzlu heyvan, 1948 baş quş, 
214 arı ailəsi saxlayırlar.
Son üç ildə Soyulan kəndinindəsu arxları 2100 m məsafədə lildən təmizlənib, 
kənd ərazisində müxtəlif növ ağaclar əkilib, yol kənarları alaq otlarından 
təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış 
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin 
əlçatanlıq və üstünlüklərini qeyd edib vəhttps://rih.gov.az/platformasından 
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət 
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu 
sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Zəfər Nəsirov internetin sürətinin zəif olması, Mayıl 
Ələkbərov suvarma arxlarının təmizlənməsi, elektrik dirəyinin yerinin 
dəyişdirilməsi, Aydın Quliyev Hacallı kəndinə gedən yolun asfaltlanması və 
digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə 
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar 
verilib. 
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla 
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 2-12-2023, 09:55
Xəbəri paylaş





Xəbər lenti