Rayon rəhbəri Vətən Müharibəsi şəhidi Abbaslı Elnurun atası
Abbasov Yaşar Abdüləli oğlunun 65 illik yubileyi münasibəti
ilə təbrik edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Köçərli
kəndində Vətən Müharibəsi şəhidi Abbaslı Elnur atası Yaşar Abbasovu 65 illik
yubileyi münasibəti ilə ziyarət edib. Şəhid atasını təbrik edərək ona səmimi
arzularını çatdırıb, gül dəstəsi və rayon icra hakimiyyəti tərəfindən
təşəkkürnamə verib. Ailənin qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib.
Şəhidin valideynlərinə Elnur kimi igid bir oğul böyütdükləri üçün öz
minnətdarlığını bildirib.
Sonra İcra başçısı Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində
həyata keçirdiyi antiterror tədbirlərin məqsədinin Qarabağ iqtisadi rayonunda
törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı
qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması,
onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, mina terroruna son
qoyulması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa
edilməsi olduğunu bildirib.
Rayon rəhbəri şəhidin valideynlərinə dövlətimizin həmişə onların yanında
olduğunu, dövlət rəhbərinin şəhid ailələrinin problemlərinin həllinin bütün
qurumların qarşısına bir vəzifə kimi qoyduğunu bildirib.
Qeyd olunub ki, Abbaslı Elnur Yaşar oğlu 1992-ci il iyun ayının 17-də Tərtər
rayonunun Köçərli kəndində anadan olub. 2019-cu ildən Azərbaycan Silahlı
Qüvvələrinin sıralarında xidmət edib.
Azərbaycan ordusunun kiçik cavuşu olan Elnur Abbaslı 2020-ci ilin oktyabr
ayının 7-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub, özündən
sonra 2 övladı yadigar qalıb. Respublika Prezidentinin Sərəncamı ilə
ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad
olunmasına görə” medalları ilə təltif olunub.
Rayon rəhbəri torpaqlarımızın Elnur kimi igid oğullar sayəsində işğaldan azad
olunduğunu, onun övladlarının xalqımıza bir əmanət olduğunu, şəhid övladına
diqqət və qayğı göstərilməsinin hər birimizin borcu olduğunu vurğulayıb,
respublika prezidenti cənab İlham Əliyevin bu istiqamətdə fəaliyyətinin hər
kəsə bir nümunə olduğunu bildirib.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Tarix: 3-12-2023, 10:53