KÖHNƏ VƏ SƏRNİŞİNLƏRİ YOLDA QOYAN AVTOBUSLAR: PROBLEM NƏ VAXT HƏLL OLUNACAQ? – VİDEO
Göyçay rayon mərkəzindən kəndlərə sərnişindaşıma ilə məşğul olan avtobuslar köhnədir və bəziləri isə istismar müddətini başa vurub. Xezerxeber.az-ın məlumatına görə, uzun müddət müxtəlif istiqamətlər üzrə hərəkət edən avtobuslar 2017-ci ildə yenisi ilə əvəz olunsa da, günün tələblərinə cavab vermirlər. Sərnişinlərin sözlərinə görə, avtobuslar marşrut üzrə hərəkət edən zaman xarab olurlar. Bu səbəbdən də sərnişinlər ya yolda qalmalı, ya da əlavə xərc çəkərək taksi ilə getməli olurlar. Sürücülər də köhnə avtobuslardan bezdiklərini bildiriblər. Məsələ ilə bağlı Göyçay Sərnişin Daşıma Müəssisəsindən bildirilib ki, hər gün avtovağzaldan 30-a yaxın kənd istiqamətində 14 avtobus hərəkət edir: “Növbəti illərdə avtobusların daha yeniləri ilə əvəz olunması nəzərdə tutulub”. Ətraflı süjetdə: