Göygöl sakini dələduzluqla üzləşdiyini İDDİA EDİR – “Məndən 7500 manat pul aldı ki…”

Göygöl sakini dələduzluqla üzləşdiyini İDDİA EDİR
Göygöl şəhər sakini Museyibov Azay Eldar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına növbəti şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, rayon sakini Əhmədov Rizvan Əziz oğlu ondan 7500 manat alaraq işlərini düzəldəcəyini deyib, amma pulunu mənimsəyib:

“Başıma gələn növbəti haqsızlığı nəzərinizə çatdırıram.

Avqust ayının 13-də, axşam saat 5-6 radələrində tanıdığım Əhmədov Rizvan Əziz oğlu mənim yaşadığım ünvana gələrək, məndən 7500 manat pul aldı ki, bütün işlərimi həll edəcək. Sonradan bəlli oldu ki, Rizvan və oğlu birlikdə dələduzluq və şantajla məşğuldurlar.

Məndə olan məlumata görə, bu ata-bala ərazi bütövlüyü uğrunda gedən ağır döyüşlərdə iştirak etməyiblər. Əhmədov Rizvan Əziz oğlu məni və mənim ailə üzvlərimi şantaj edib, məni ölümlə hədələyir".

Şikayətlə əlaqədar Əhmədov Rizvan Əziz oğlu ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.


Mənbə: Hurriyyet.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Tarix: 9-12-2023, 10:58
Xəbəri paylaş





Xəbər lenti