İcra başçısının sədrliyi ilə rayonda qış mövsümünə hazırlıq, statistik uçotun və hesabatların vəziyyəti ilə əlaqədar görülmüş işlər barədə şura iclası keçirilib


İclasda şura üzvləri ilə yanaşı idarə, müəssisə, xidmət təşkilatlarının rəhbərləri, inzibati
ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Şura iclasını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq
iştirakçıları gündəlikdə duran məsələlər ilə tanış edib, bildirib ki, gündəlikdə 2 məsələ
durur: 1. Rayonda 2023-2024-cü illərin qış mövsümündə əhaliyə xidmət sahələrinin
hazırlığının vəziyyəti haqqında. 2. Qanunvericiliklə müəyyən edilmiş qaydada tabelikdə
olan müəssisə, idarə və təşkilatlarda statistik uçotun və hesabatın vəziyyəti ilə əlaqədar
görülmüş işlər haqqında.
Sonra rayon rəhbəri qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər barədə
danışıb. Bildirib ki, Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi yönümlü
tədbirlər, ölkə əhalisinin fasiləsiz  keyfiyyətli elektrik enerjisi, qaz, su  digər
kommunal xidmətlərə olan tələbatının ödənilməsi Möhtərəm Prezidentimiz cənab İlham
Əliyevin daim diqqət mərkəzindədir. Əldə edilmiş nailiyyətlər son illər ölkədə aparılan
uğurlu iqtisadi siyasətin, həyata keçirilmiş irimiqyaslı infrastruktur layihələrinin məntiqi
nəticəsidir. Bütün bunlar Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, həyat
səviyyəsinin yüksəlməsinə, eləcə də əhalinin mənzil-kommunal xidmətləri sahəsindəki
mövcud problemlərinin də həll olunmasına xidmət edir.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və
proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov istilik qazanxanalarının, eləcə də
əhalinin enerji daşıyıcıları ilə fasiləsiz təmin edilməsi, mərkəzi istilik sisteminə qoşulmuş
yaşayış binalarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin keyfiyyətli istiliklə
təchiz olunması, mənzil-kommunal təsərrüfatında zəruri təmir işlərinin aparılması, qış
mövsümündə nəqliyyatın normal fəaliyyəti üçün küçə  yolların işlək vəziyyətdə
saxlanılması, yanğın təhlükəsizliyi ilə bağlı zəruri tədbirlərin görülməsi  s. kimi
məsələlər, “2023-cü ildə yerli statistika orqanları üçün statistik işlər proqramı”na əsasən
rayon üzrə nəzərdə tutulan statistik hesabatların vaxtında alınması və keyfiyyəti barədə
məlumat verib.
Müzakirə edilən məsələlər barədə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Natiq
Musayev, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi Tərtər Elektrik
Şəbəkəsinin rəisi Vilayət Qafarov, Tərtər RQİİ Tərtər Xidmət Sahəsinin nümayəndəsi
İlqar Nəsirov, 42 Noli Yol İstismarı MMC-i rəisi Ramin Bayramov, Tərtər Rayon Mənzil
İstehsalat Təmir İstismar Sahəsinin rəisi Hafiz Ələkbərov, şəhər Kommunal Təsərrüfat
İdarəsinin rəisi Saleh Qəhrəmanov, 5 saylı Ağcabədi Regional Su Kanal İdarəsinin
Tərtər sahəsinin rəisi Elnur Abbasov, İstilik Qazanxana İdarəsinin müdiri Vahid
Hümbətov, rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov şıxış edidlər.
Şura iclasında müvafiq qərar qəbul edilib, rayon İcra Hakimiyyətinin başçısı tərəfindən
problemlərin aradan qaldırılması məqsədilə əlaqədar qrumların rəhbərlərinə müvafiq
tapşırıqlar verilib.
 
Tarix: 9-12-2023, 16:15
Xəbəri paylaş





Xəbər lenti