Regional təhsil idarəsinin kişi rəhbərlərinin qadın müəllimlərə aşırı həssaslığı diqqətləri çəkir
Sabirabad şəhər Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbin müəllimi, Sabirabad Rayon Təhsil Şöbəsinin sabiq müdiri Elman Bünyadov redaksiyamıza məlumat verərək, işlədiyi məktəbdə rəvac verilən qanunsuzluqlara qarşı haqlı etirazına görə təzyiqlərə məruz qaldığını bildirmişdir.
Elman müəllimin sözlərinə görə, məktəbdə xüsusilə də 8-ci və daha yuxarı siniflərdə dərsə davamiyyətin və ümumiyyətlə dərslərin keyfiyyətinin aşağı olduğunu, dərslərdən çox çal-çağır tədbirlərinə üstünlük verildiyini dediyinə görə məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Nigar Cahangirova onun barəsində Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazova şikayət etmişdir. E.Bünyadov həmçinin qeyd edib ki, məktəbin direktoru Fatimə Quliyeva formal olaraq təhsil müəssisəsinə rəhbərlik etsə də, de-fakto idarəetmə işini Nigar Canahgirova həyata keçirir. Onun isə arxasında himayədarları Rabil Şahbazov və Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Mahir Zahidov dururlar: “Bu iki nəfər iki gündən bir 4 nömrəli məktəbə təşrif buyururlar, başqa 250 məktəbdən fərqli olaraq. Mən – neçə illərin təcrübəli müəllimi ola-ola reügional idarənin yuxarı vəzifəli şəxslərinin qəbuluna düşə bilmirəm, amma qadın müəllimləri dərhal qəbul edirlər. Onların xanım müəllimlərə bunca həssas münasibəti artıq kənardan müşahidə edilməkdədir və rayon sakinləri arasında söz-söhbətlərə yol açıb”.
E.Bünyadov həmçinin bildirmişdir ki, 4 nömrəli məktəbin ştat cədvəlində kompyuter laborantının adı getsə də, onu indiyədək “gördüm” deyən olmayıb.
Xatırladaq ki, Zahidov Mahir Savadxan oğlu hazırki vəzifəsinə təyin olunana qədər Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbin direktoru vəzifəsində, Şahbazov Rabil Ələsgər oğlu isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəssisələrlə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
İbrahim Hümbətovhttps://azerinfo.info/bolge/93003-regional-tehsil-idaresinin-kishi-rehberlerinin-qadin-muellimlere-ashiri-hessasligi-diqqetleri-chekir.html
Tarix: 9-12-2023, 16:21