İcra başçısı şəhid Mirzəli Rəşadın anasını 55 illik yubileyi münasibəti ilə təbrik edib-FOTO

Tərtərin icra başçısı Şəhid anasını təbrik edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon
təşkilatının sədri Eldar Əsədovla birlikdə Hacıqərvənd kəndində Vətən
Müharibəsi şəhidi Mirzəli Rəşad Hafiz oğlunun anası Afidə Mirzəyevevanı 55 illik
yubileyi münasibəti ilə ziyarət edib. Şəhid anasını təbrik edərək ona səmimi
arzularını çatdırıb, gül dəstəsi və rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə
verib. Ailənin qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri şəhidin valideynlərinə Rəşad kimi igid oğul böyütdükləri üçün öz
minnətdarlığını bildirib.
Sonra İcra başçısı Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata
keçirdiyi antiterror tədbirlərinin məqsədinin Qarabağ iqtisadi rayonunda törədilən
genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi
infrastrukturunun zərərsizləşdirilməsi, mina terroruna son qoyulması və
Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi olduğunu
bildirib.
Rayon rəhbəri şəhidin valideynlərinə dövlətimizin həmişə onların yanında
olduğunu, dövlət rəhbərinin şəhid ailələrinin problemlərinin həllinin bütün
qurumların qarşısına bir vəzifə kimi qoyduğunu bildirib.
Qeyd edək ki, Rəşad Mirzəli hərbi xidmət zamanı Sülhməramlı Qüvvələrin
sırasında 6 ay qulluq etdikdən sonra könüllü olaraq 2014-cü ildən 2015-ci ilə kimi
Əfqanıstanda xidmət edib. Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətə görə
Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan ona gümüş saat bağışlayıb. Bu,
Rəşadın ən çox sevdiyi hədiyyələrdən olub. Özü sağ ikən evlərində şəhidlər
guşəsi yaradıb, bəlkə də bir vaxt bu otaqda onun da şəkli qoyulacağı ürəyinə
damıb.
Həyatını hərbiyə bağlayıb, Mingəçevir İdman və Turizim kollecinə daxil olsa da
gizirlik kursunu keçib, təyinatını N saylı hərbi hissəyə alıb. 2020-ci il 27 sentyabr
Vətən müharibəsi başlayanda Murov yüksəkliyi və Talış kəndi uğrunda
döyüşlərdə iştirak edib, qolundan yaralansa da döyüş meydanını tərk etməyib,
neçə-neçə yaralı dostunu, yoldaşını çiynində daşıyıb. 2020-ci il oktyabrın 3-də
isə şəhid olub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad
olunmasına görə” və “Hərbi xidmətə görə” medalları ilə təltif olunub.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.

Tərtərin icra başçısı Şəhid anasını təbrik edib
Tərtərin icra başçısı Şəhid anasını təbrik edib
Tərtərin icra başçısı Şəhid anasını təbrik edib
Tərtərin icra başçısı Şəhid anasını təbrik edib

Tarix: 12-12-2023, 08:03
Xəbəri paylaş





Xəbər lenti