Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Bayandurlu kəndində
şəhid Seymur Muradovun ailəsində olub, onların problemləri və qayğıları ilə maraqlanıblar.Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların döyüşlərdə
göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə
örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar döyüşçü
olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın
işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri
qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş
torpaqlarda aparılan nəhəng quruculuq işlərindən ,böyük qayıdışdan söhbət açıb. Rayon
rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər
kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.
Muradov Seymur Mobil oğlu1970-ci il avqust ayının 28-də Tərtər rayonunun Xoruzlu kənd
inzibati ərazi vahidinin Bayandurlu kəndində anadan olub. Orta təhsilini Xoruzlu kənd orta
məktəbində aldıqdan sonra 1988-1990-cı illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi
hərbi xidmət keçib.Hərbi xidmətdən qayıtdıqdan sonra yaşadığı “Oktyabr” adına kolxozda
kolxozçu işləyib. Qarabağ uğrunda müharibə başladıqdan sonra rayon hərbi komissarlığı
tərəfindən Milli Ordu sıralarına səfərbər edilib. Xidmət etdiyi N saylı hərbi hissənin
tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib.
1993-cü il dekabr ayının 29-da Ağdərə rayonunun Dəstəgül kəndi uğrunda gedən
döyüşlərdə şəhid olub.
Subay idi. Bayandurlu kənd qəbiristanlığında dəfn olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası
Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz
minnnətdarlıqlarını bildiriblər.
Tarix: 13-12-2023, 21:10