Yarasız məktəb binası: “Pol çürüyüb, divarlar dağılıb” - VİDEO
Balakən rayonu, Mirzə Fətəli Axundov adına Sarıbulaq kənd tam orta məktəbinin vəziyyəti son dərəcə acınacaqlıdır.
39 il əvvəl istifadəyə verilən məktəbin baxımsız vəziyyəti tədrisə mənfi təsir göstərir.
Belə ki, təhsil ocağının döşəməsi çürüyüb, divarları dağılıb. Qapı və pəncərəsi isə yararsız vəziyyətdədir.
Şagirdlər bildirib ki, qış aylarında isinmək üçün odun sobasından istifadə edirlər. Qeyd edək ki, 1984-cü ildən fəaliyyət göstərən, 344 müəllim və şagird heyyəti olan məktəbin binası indiyədək əsaslı təmir olunmayıb.