Mingəçevirdə Az.Dres sakinləri həkim çatışmazlığından şikayət edirlər – Video


Mingəçevir şəhər Az.Dres qəsəbəsinin sakinləri həmin ərazidə yerləşən 2 saylı Ailə Sağlamlıq Mərkəzində həkim çatışmazlığının olduğunu bildirirlər.
Bu barədə Yeniavaz.com-a danışan qəsəbə sakinləri deyirlər ki, 50 mindən çox insana xidmət göstərən səhiyyə müəssisəsində həkim çatışmazlığı ciddi problemlərə səbəb olur.
Daha ətraflı:
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Faiq Abdullayev Yeniavaz.com-a bildirdi ki, problemdən xəbərdardırlar:
“Mingəçevir Şəhər Xəstəxanasında həkim çatışmazlığı yaşanır. Vətəndaşların müraciətinə baxılmasının nəticəsi barədə TƏBİB-ə məktub ünvanlanıb. Xəstəxananın yeni strukturunun təsdiqlənməsi üçün TƏBİB-ə müraciət edilib. Yeni struktur təsdiq edildikdən sonra 2 saylı Ailə Sağlamlıq Mərkəzinin tam şəkildə fəaliyyət göstərməsi və bütün ixtisaslardan olan həkim mütəxəssislərlə təmin edilməsinin həyata keçirilməsi nəzərdə tutulub”.
Tarix: 26-12-2023, 12:29
Xəbəri paylaş





Xəbər lenti