Rayon rəhbəri şəhid Elmin Quluzadənin anası Mətanət Quluyevanı 50 illik yubileyi münasibəti ilə təbrik edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP
rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Kəngərli kəndində yaşayan
Vətən müharibəsi şəhidi Elmin Quluzadənin anası Mətanət Quluyevanı 50
illik yubileyi münasibəti ilə ziyarət edib. Şəhid anasını təbrik edərək ona
səmimi arzularını çatdırıb, gül dəstəsi və rayon icra hakimiyyəti tərəfindən
təşəkkürnamə verib. Ailənin qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri şəhidin valideynlərinə Elmin kimi igid oğul böyütdükləri üçün
öz minnətdarlığını bildirib.
Sonra İcra başçısı Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində
həyata keçirdiyi antiterror tədbirlərinin məqsədinin Qarabağ iqtisadi
rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması,
Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək
ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun
zərərsizləşdirilməsi, mina terroruna son qoyulması  Azərbaycan
Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi olduğunu bildirib.
Rayon rəhbəri şəhidin valideynlərinə dövlətimizin həmişə onların yanında
olduğunu, dövlət rəhbərinin şəhid ailələrinin problemlərinin həllinin bütün
qurumların qarşısına bir vəzifə kimi qoyduğunu bildirib.
Elmin Quluzadə 1998-ci il noyabrın 1-də Tərtər rayonunun Kəngərli
kəndində anadan olub. Onlar ailədə üç qardaş idilər. Qarabağ müharibəsi
iştirakçısı olan Şəmsi oğlanları ilə fəxr edirdi. O,əmin idi ki, vaxtilə özünün
və yoldaşlarının bacara bilmədiklərini Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında bu gənclər edəcək və torpaqlarımız erməni işğalından
azad olunacaq.
Şəhidin valideynləri Elmin haqqında xatirələrini bolüşüblər.
Ailənin böyüyü Murad 4 il idi ki, müddətdən artıq hərbi qulluqçu kimi xidmət
edirdi. Elmin isə müharibəyə könüllü getmişdi. Şəmsi kişi deyir ki,
müharibədə müvəqqəti atəşkəs olduğu günlərdə kiçik oğlu ilə Elminin
yanına getmişdi: “Ağdam istiqamətindəydi. Əhval-ruhiyyəsi də çox yaxşıydı.
Zarafat elədim. Dedim, gəlsənə mən qalıb sənin yerinə döyüşüm, sən isə
qayıt evimizə. Bu sözləri zarafatca desəm də, o, ürəyimdəki nigarançılığı
hiss etdi. Axı, Murad da döyüşdəydi. Dedi, ata, sən nə danışırsan, biz sənə
söz vermişdik ki, bu torpaqların alınmasında iştirak edəcəyik. Hər dəfə
kəndlərimizi geri qaytardıqca, səni gözlərim önünə gətirir və sevinirəm ki,
bundan sonra sən də rahat yaşayacaqsan. Oğlum haqlı idi. 30 ilə yaxın bir
müddətdə mən televizora baxıb rayonlarımızın işğalı tarixlərini, bu yerlərin
dağıdılması haqqında xəbərləri eşidəndə, sanki özümü günahkar hesab
edirdim. İndi başımız ucadır. Bu ucalığı şəhidlərimiz öz qanları ilə bizə bəxş
etdilər”.
Elmin oktyabrın 16-da Suqovuşan istiqamətində gedən döyüşlərdə
qəhrəmancasına şəhid olub. Oktyabrın 17-də Kəngərli kənd
qəbiristanlığında dəfn olunub.
Elmin Quluzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”,
“Suqovuşanın azad olunmasına görə”medalları ilə təltif olunub.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət  qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
 
Tarix: 27-12-2023, 15:04
Xəbəri paylaş





Xəbər lenti