İbrahimov Elnur Səxavət oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 noyabr 2023-cü il tarixli
sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda"
medalı ilə təltif olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon
Təşkilatının sədri Eldar Əsədov, N saylı hərbi hissənin komandiri, polkovnik Vüsal
Hüseynov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin
rəis müavini Pərviz Hüseynov, müharibə veteranları və kənd ictimaiyyətin nümayəndələri
ilə birlikdə şəhidin təltiflərini təqdim etmək üçün onun ailəsində olub, onların qayğıları ilə
maraqlanıblar. Şəhidin valideynləri onlarla Elnurla bağlı xatirələrini bölüşüblər.
Azərbaycan Silahlı Qüvvələrinin baş giziri İbrahimov Elnur Səxavət oğlu 1990-cı il noyabr
ayının 13-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Elnur İbrahimov 19
sentytabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli
antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Qaradağlı kənd qəbiristanlığında
torpağa tapşırılıb.
Elnurla bağlı xatirələri dinləyən icra başçısı onun qısa, lakin mənalı ömür yolunun gənclərə
örnək olduğunu, Vətəni onun kimi sevməyi öyrətdiyini, onun daim xatirələrdə yaşadığını,
ölümü ilə tarix yazdığını vurğulayıb, Allahdan şəhidlərə rəhmət diləyib. Məhz Elnur kimi
vətənpərvər oğulların qəhrəmanlığı sayəsində 30 ildən sonra torpaqlarımızın işğaldan azad
olunduğunu, ərazi bütövlüyümüzün tam bərpa edildiyini bildirib.
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya, övladlarının xatirələrini həmişə əziz
tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevə və Birinci vitse-prezdent Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.