İcra başçısı antiterror əməliyyatlarında şəhid olmuş Abbaszadə Emin Faiq oğlunun təltiflərini valideynlərinə təqdim edib
ŞəhidAbbaszadə Emin Faiqoğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 noyabr 2023-cü il tarixli sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhidə verilmiş orden və medalları təqdim etmək üçünYAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, N saylı hərbi hissənin komandiri, polkovnik Vüsal Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrəDövlətXidmətininrayonşöbəsininrəismüaviniPərvizHüseynov,müharibə veteranları və kənd ictimaiyyətinin nümayəndələri ilə birlikdəşəhidin ailəsində olub, onun valideynləri ilə görüşərək təltiflərini təqdim edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıblar. Emin Abbaszadə 1998-ci il may ayının 15-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin giziri Emin Abbaszadə 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Kəngərli kənd qəbiristanlığında torpağa tapşırılıb. Rayon rəhbəri şəhidin valideynlərinə Emin kimi vətənpərvər igid bir oğul böyütdükləri üçün öz təşəkkürünü bildirib, onun evdən deyil, eldən gedən oğul olduğunu bildirib. Şəhidinvalideynlərionunlabağlıxatirələrinibölüşüb,göstəriləndiqqətvəqayğıya, övladlarının xatirələrini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksəkqiymətləndirdiklərinəgörəAzərbaycanRespublikasınınPrezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.