İcra başçısı şəhid anası Bəsti Ağayevanı ziyarət edib



Şəhid anası Bəsti xanım insult keçirib və səhətində yaranmış problemlə bağlı əməliyyat
olunub. Şəhid anasını ziyarət edən rayon rəhbəri onun qayğıları ilə maraqlanıb, onu
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik
edərək, sağlamlığında yaranmış problemlə bağlı narahat olduğunu bildirib. Bəsti xanıma
Vətənə Orxan kimi oğul bəxş etdiyinə görə minnətdarlıq edib, bütün şəhid analarının
baş tacımız olduğunu bildirib.
Qeyd edək ki, şəhid Aslanlı Orxan Şahmar oğlu 1992-ci ilin noyabr ayının 20-də
Səhlabad kəndində doğulub. Ailədə bir qardaş, bir bacı olublar. Orxan birinci sinfə
gedəndə, baş vermiş qəza nəticəsində atası dünyasını dəyişib. Anası Bəsti xanım
övladlarına həm ana, həm də ata olub, onları vətənpərvər, tərbiyəli və zəhmətkeş
böyüdüb.
Orxan 2011-ci ildə Səhlabad kənd tam orta məktəbini bitirib. Bundan sonra “N” saylı
hərbi hissədə müddətli həqiqi hərbi xidmətini keçib. 2013-cü ilin aprel ayında təxris
olunub.
2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri zamanı general Polad Həşimovun şəhid
olmasından sonra könüllü olaraq SHXÇDX-nin Tərtər rayon şöbəsinə müraciət edərək
ordu sıralarına yazılıb.
2020-ci il sentyabrın 21-də müraciəti əsasında orduya çağırılıb  müvafiq hərbi
təlimlərə cəlb olunub. Vətən müharibəsi başlayanda könüllü əsgər kimi cəbhəyə yola
düşüb. Suqovuşan-Talış-Ağdərə istiqamətində döyüşüb. Oktyabr ayının 7-də şəhid
olub, oktyabrın 10-da Səhlabad kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə
yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
müvafiq Sərəncamlarına əsasən Orxan Aslanlı ölümündən sonra “Vətən uğrunda”,
“İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhid anası ziyarətdən razı qaldığını, şəhid və qazi ailələrinə göstərilən diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Tarix: 30-12-2023, 22:46
Xəbəri paylaş





Xəbər lenti