Siyəzəndə təhsil NƏDƏN BÜDRƏYİR... - İTTİHAM VAR...


"Siyəzən rayon təhsil sektoruna Aynurə Dadaşova təyin olunanı təhsilimiz geri gedir". Bu iddia ilə sözügedən ərazidən deputatlığa namizəd olmuş, ictimai fəal Tural Tağızadə iddia səsləndirib.

O daha sonra bildirib: Deputatımız Sadiq Qurbanovun vaxtı ilə Aynurə Dadaşovaya görə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri olmuş Rüfət Haciyevə xahiş etməsini də bilirəm. Çünkü Azərbaycan reallıqları var və nəyin necə olduğunu yaxşı bilirəm.

Ancaq bu anlama gəlməz ki, kimlərinsə istəyinə görə təhsilimiz məhv olmalıdır. 20.12.2023 cü il tarixində Siyəzən rayon Eynubulaq kənd orta məktəbində adını çəkmək istəmədiyim müəllimə ilə həmin məktəbin təsərrüfat işçisi bir-biri ilə saç yoldusuna çıxıblar. Məsələ ilə bağlı sektor müdirinə və Quba-Xaçmaz RTİ müdirinin müavini Pərvin Ağasiyevə məruzə olunub. Lakin biabirçılıq gizlədilib. Bir neçə gün sonra da sözügedən məktəbdə şagirdlərin gözü qarşısında hər iki şəxs arasında saçyoldu olub. Vəziyyət o yerə çatıb ki, hadisə yerinə təcili təxirə salinmaz Tibbi yardım gəlib. Sonra polis çağırılıb və s. Bu kimi şeylər təhsildən uzaq birilərinin təhsil sektorunun başına gətirilməsinin fəsadlarıdır..."

dia-az.info
Tarix: 4-01-2024, 21:52
Xəbəri paylaş





Xəbər lenti