İcra başçısının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında şura iclası keçirilib

İcra başçısının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında şura iclası keçirilib
İclasda şura üzvləri ilə yanaşı hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət
təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri
iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda
canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Şura iclasını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq
iştirakçıları gündəlikdə duran məsələlər ilə tanış edib, bildirib ki, gündəlikdə 2 məsələ
durur: 1. Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2024-cü il üçün İş
Planının və rayon İcra hakimiyyəti başçısı aparatının Tədbirlər Planının təsdiqi
haqqında. 2. 2023-cü ildə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında və yerlərdə
vətəndaşların qəbulu, onların təklif, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti
haqqında.
Sonra rayon rəhbəri çıxış edərək Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında
2023-cü ildə vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili, qaldırılan
problemlərin həll olunması və vaxtında cavab verilməsinin daim nəzarətdə saxlanıldığını
bildirib.
Qeyd edib ki, rayon icra hakimiyyətinə daxil olan bütün vətəndaş müraciətləri elektron
informasiya sisteminə işlənib, müvafiq olaraq aidiyyəti üzrə icraçılara verilib,
“Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə uyğun olaraq icrasına nəzarət olunubdur. Şura yığıncaqlarında
vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması məsələləri 2 dəfə müzakirə
olunub, aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr verilibdir.
İcra başçısı bildirib ki, hər bir dövlət məmuru öz işini planlaşdırarkən vətəndaşların
müraciətlərinə baxılması və onun icrası məsələsinə geniş yer ayırmalı və qaldırılan
məsələlərin maksimum həllinə çalışmalıdır.
Vurğulayıb ki, rayon icra hakimiyyəti başçısının 08 dekabr 2023-cü il tarixli, 197 nömrəli
əmri ilə 2024-cü ildə rayon icra hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu
haqqında cədvəl təsdiq edilərək “Yeni Tərtər” qəzetində vətəndaşların
məlumatlandırılması üçün dərc edilmişdir. Həftənin beş günü rayon icra hakimiyyətinin
başçısı, başçının birinci müavini, başçının müavinləri və şöbə müdirləri vətəndaşları
qəbul edəcəklər.
Tərtər RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Kənan Mehdiyev çıxış edərək bildirmişdir ki, 2023-cü ildə rayon icra hakimiyyəti başçısı
aparatına 982 müraciət daxil olmuşdur ki, bu müraciətlərin 489-u eyni
vətəndaşlardandır. Belə ki, həmin vətəndaşların bir çoxu eyni məzmunlu ərizə ilə eyni
vaxtda müxtəlif dövlət orqanlarına müraciət etmişlər.
Daxil olmuş 982 müraciətin 842-si məktub, 97-si elektron məktub, 43-ü isə teleqram
olmuşdur. Müraciətlərdən 17-si nəzarətə götürülmüşdür.
Bu müraciətlərin 349-u Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından,
103-ü Nazirlər Kabinetindən, 15-i Milli Məclisdən, 67-si Respublikanın digər
təşkilatlarından, 448-i isə vətəndaşlardan bilavasitə icra hakimiyyətinə ünvanlanan
müraciətlər olmuşdur.
Rayon icra hakimiyyəti başçısı aparatında 2932 nəfər vətəndaş qəbul olunmuşdur.
Onlardan 1045 nəfəri icra hakimiyyəti başçısı tərəfindən, 1887 nəfəri isə başçının
müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilmişdir.
Rayon icra hakimiyyəti başçısının 2023-cü ildə yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər
praktikası davam etdirilmiş, il ərzində 47 yaşayış məntəqəsində icra hakimiyyəti
başçısının səyyar qəbul-görüşləri keçirilmişdir. Bu görüşlərdə 3528 vətəndaş iştirak
etmiş, 183 nəfər vətəndaşın müraciətinə baxılmışdır.
2023-cü ildə daxil olmuş müraciətlərin 2022-ci illə müqayisəli təhlili zamanı müəyyən
olmuşdur ki, 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından
daxil olan müraciətlər 168 sayda, Milli Məclisdən daxil olan müraciətlər 6 sayda, Nazirlər
Kabinetindən daxil olan müraciətlər 118 sayda, respublikanın digər təşkilatlarından daxil
olan müraciətlər 80 sayda, vətəndaşlardan bilavasitə daxil olan müraciətlər isə 54
sayda azalmışdır.
Ümumilikdə, 2022-ci illə müqayisədə rayon icra hakimiyyətinə daxil olan müraciətlər 426
sayda azalmışdır.
2023-cü il ərzində rayon icra hakimiyyətinə daxil olan müraciətlər əsasən Vətən
müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial müdafiəsi, işlə təmin olunma,
erməni işğalçılarından azad olunmuş ərazilərdə yaşamaq, Vətən müharibəsindən zərər
çəkmiş evlərin bərpası və əmlaka dəyən zərərin ödənilməsi, mənzillə təmin olunma,
evlərin təmiri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması,
evlərin sənədləşdirilməsi, ehtiyatda olan hərbçilərə mənzillə təmin olunana qədər kirayə
pullarının ödənilməsi, qəyyumluq və övladlığa götürülmə, pay torpaqlarının sərhədlərinin
müəyyən edilməsi, kənd təsərrüfatının və sahibkarlığın inkişafı üçün torpaq sahələrinin
ayrılması, qaçqınlarla və məcburi köçkünlərlə bağlı məsələlər, qəbul məsələləri, kənd
təsərrüfatı məsələləri, torpaq məsələləri, şəhərsalma və tikinti məsələləri, içməli və
suvarma suyu üçün subartezian quyularının qazılması, birdəfəlik maddi yardım, sosial
yardım və müavinətlərlə bağlı olmuşdur.
Müzakirə edilən məsələlər barədə rayon Poliş Şöbəsinin rəisi Elçin Qasımov, YAP
Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Statistika İdarəsinin rəisi Ədalət
Məmmədov, Tərtər DAİM-in direktoru Mehman Babayev, Tərtər rayon İcra Hakimiyyəti
başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil
Paşayev şıxış edidlər.
Şura iclasında müvafiq qərar qəbul edilib, Tərtər Rayon İcra Hakimiyyəti başçısı
yanında Şuranın 2024-cü il üçün İş Planı və rayon icra hakimiyyəti başçısı aparatının
Tədbirlər Planı təsdiqlənib, rayon İcra Hakimiyyətinin başçısı tərəfindən problemlərin
aradan qaldırılması məqsədilə aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

İcra başçısının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında şura iclası keçirilib

Tarix: 7-01-2024, 17:04
Xəbəri paylaş





Xəbər lenti