"Digər işçilərin ali və orta ixtisas təhsilləri belə yoxdur, amma..." - Prezidentə müraciət!
Ucar rayonu Ramal kənd sakini Səlimova Sinabura Ağasəlim qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb. Müraciətdə deyilir:"Hörmətli Prezident!
Mən 30 ildir ki, Ucar rayon Ramal kənd Folklor Evində bədii rəhbər vəzifəsində işləyirəm.İşlədiyim dövür ərzində heç bir nöqsana yol verməmişəm.Nümunəvi işçi olmuşam işimi çox sevirəm.İşlədiyim folklor evində tək mənim orta ixtisas təhsilim var Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikomunu oxumuşam. Ancaq digər işçilərin ali və orta ixtisas təhsilləri yoxdur orta təhsilidirlər.
09 yanvar 2024-cü il tarixdə 65 yaşım tamam olacaq deyə təqaüdə çıxarılacam.İtəyim və xahişim odur ki, iş təcrübəm, təhsilim, iş stajım bacarığım və ailə vəziyyətim nəzərə alınaraq çalışma müddətimi əmək müqaviləsi ilə uzatmağa köməklik göstərəsiniz.
Çünki ailəmizdə heç kəs işləmir oğlum Baloğlan xəstəlikdən əziyyət çəkir.Onun müalicə olunması üçün bankdan götürdüyüm krediti hələ ödəyib qurtarmamışam.Çox çətinlik içində acınacaqlı durumda yaşayırıq.Özüm hər seçkilərdə seçki məntəqəsində müşahidəçilik edirəm.07 fevral 2024-cü il tarixdə Prezident seçkilərində də mşüahidəçilik edəcəm.Dövlətimi, işimi və Prezidentimi çox sevirəm.Ailəlikcə hamımız Sizi dəstəkləyib Sizə səs vermişik.Çünki Azərbaycan xalqısnın xilaskarı, torpaqları işğaldan azad edən prezident Sizsiniz.Ən böyük sevinci xalqa Siz bəxş etdiniz.İnanıram ki, mənim bu müraciətimi nəzərə alıb çalışma müddətimi əmək müqaviləsi ilə uzatmağa köməklik göstərəsiniz.
Hörmətli Prezident Sizdən çox-çox xahiş edirəm iş təcrübəmi, təhsilimi, iş stajımı bacarığımı və ailə vəziyyətimi nəzərə alıb çalışma müddətimi əmək müqaviləsi ilə uzatmağa köməklik göstərəsiniz.
Bütün Azərbaycan xalqı kimi 07 fevral 2024-cü il tarixdə Sizə səs verəcəyik çünki layiqli namizəd tək Sizsiniz".
Səlimova Sinabura Ağasəlim qızı
Siam.az
Tarix: 8-01-2024, 11:09