Baxımsız vəziyyətdə olan bulvar hər an uça bilər - VİDEO
Baku TV 2021-ci ildə Yevlax şəhərində Kür qırağı bulvar ərazisinin çökməsi və təhlükəli vəziyyətin yaranması ilə bağlı problemi işıqlandırmışdı.
Həmin vaxt İcra Hakimiyyətindən məsələnin nəzarətdə olduğu və təmir işlərinin aparılacağı bildirilmişdi.
Hazırda isə həmin problem qalmaqdadır.
Sakinlərin sözlərinə görə, ərazidə dağıntılar çoxdur, oturub dincəlməyə yer yoxdur.
Yevlax Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Kür çayının sahili qəzalı vəziyyətdə olduğuna görə fəaliyyətini dayandırıb.
Qeyd edilib ki, bu rəyi Fövqəladə Hallar Nazirliyi (FHN) verib.
FHN-dən isə İcra Hakimiyyətindən məsələ ilə bağlı onlara hər hansı müraciətin daxil olmadığını və qurum tərəfindən o əraziyə heç bir rəy verilmədiyini bildiriblər.