Tərtər rayonunun kənd yaşayış məntəqələrində quraşdırılmış gecə işıqlandırılması sistemləri təmir edilib



Tərtər rayonunda əhalinin rifah halının yaxşılaşdırılması üçün bütün sahələrdə
işlər uğurla davam etdirilir. Küçələr əsaslı təmir olunur, yollara yeni asfalt
örtüyü salınır, istinad divarları hündürləşdirilərək ağlay və bəzək daşları ilə
üzlənir, səkilərə yeni bardyorlar düzülür. Eyni zamanda küçələrdə gecə
saatlarında sakinlərin rahat  təhlükəsiz hərəkət etməsi üçün gecə
işıqlandırılması sistemləri də quraşdırılıb.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyələrinə əsasən
şəhər mərkəzi ilə yanaşı rayonun Hüsənli, Qazyan, Qapanlı, Dəmirçilər,
Borsunlu  Düyərli kəndlərində  piyadaların axşam saatlarında
təhlükəsiz hərəkətini təmin etmək üçün quraşdırılmış küçə işıqlandırılması
sistemlərinin yararsız kabelləri və sıradan çıxmış elektrik lampaları əsaslı
təmir olunaraq sakinlərin istifadəsinə verilib.
Gecə işiqlandırılması baş verə biləcək qəzaların qarşısını almaqla yanaşı
kəndlərin estetik görünüşünə də bir gözəllik qatır.
Görülən işlərdən razı qalan sakinlər onlara göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 11-01-2024, 10:25
Xəbəri paylaş





Xəbər lenti