Son üç ildə Hüsənli kəndinində 2 ədəd subartezian quyusu təmir-bərpa edilib, su arxları
9 km məsafədə lildən təmizlənib, Hüsənli kənd tam orta məktəbi və kəndin küçə
işıqlandırılması sistemləri əsaslı təmir olunub, yol kənarları alaq otlarından təmizlənərək
səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra
Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini
qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən
nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha
qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac
olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Bəxtiyar Qəhrəmanov su arxının təmizlənməsi və kəndin elektrik
xəttinin yenilənməsi, Əliyar Cəfərov yeni subartezian quyusunun qazılması, Maşallah
Həsənov həyətyani torpaq mübahisəsilə bağlı, Aqil Mirzəyev özünəməşğulluq proqramı
çərçivəsində heyvandarlıq aktivlərilə təmin olunma, Elşən Mirzəyev Bərdə-Ağdam
magistral yolunun üzərində yeni piyada keçidinin quraşdırılması, Talıb Əliyev pay torpaq
sahəsinin suvarılması üçün subarteziyan quyusundan su növbəsinin verilməsi və digər
məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon
rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına,
şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.