İcra başçısı rayonun Hüsənli kəndində şəhid Əmirov Şahin Əhəd oğlunun ailəsini ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı
Sahib Alıyev və rayon prokuroru Əli Qurbanovla birlikdə Hüsənli kəndində şəhid Əmirov
Şahin Əhəd oğlunun ailəsini ziyarət edib, ailənin qayğısı və problemləri ilə maraqlanıb.
Rayon rəhbəri bildirib ki, şəhidlərin xatirəsi, onların ailəsi bizim üçün müqəddəsdir.
Çünki onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz
bərpa edilib.
Qeyd edək ki, şəhid Əmirov Şahin Əhəd oğlu 1961-ci il fevral ayının 23-də Tərtər
rayonunun Hüsənli kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta
məktəbində aldıqdan sonra kçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət
keçmişdir. Sürücülük ixtisasına yiyələnmiş  yaşadığı M.Ə.Sabir adına sovxozda
sürücü işləmişdir. Qarabağ müharibəsi başlananda o, rayon hərbi komissarlığı
tərəfindən Milli Ordu sıralarına səfərbər edilmişdir. Xidmət etdiyi 703 saylı hərbi hissənin
tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak
etmişdir. 1993-cü il dekabr ayının 29-da Ağdərə ətrafında gedən döyüşdə şəhid
olmuşdur. Evli idi. Yaqut və Nuranə adlı iki qızı var. Hüsənli kənd qəbiristanlığında dəfn
olunub.
Şəhidin ailə üzvləri Şahinlə bağlı xatirələrini bölüşərək bildiriblər ki, Ali Baş
Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması şəhid ailələrinin
qaysaq bağlamayan oğul dərdinə bir məlhəmdir, çünki canlarından keçdiyi Vətən
torpağı bu gün azaddır, o ərazilərdə terrorçu dəstələr yoxdur. Bu gün respublika
Prezidenti işğaldan azad edilmiş ərazilərdə-Ağdərədə, Xankəndində, Xocalıda,
Xocavənddə öz əlləri ilə Azərbaycan Bayrağını dalğalandırıb, şəhidlərimizin qisası
alınıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət  qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı versin!
Tarix: 12-01-2024, 11:12
Xəbəri paylaş





Xəbər lenti