Salyan Rayon Mərkəzi Xəstəxanasında nə baş verir?


Bu günləri Salyan rayon Qarabağlı kənd sakini olan, qızılca xəstəliyinə yoluxan hamilə ana və azyaşlı uşağı xəstəlikləri ilə bağlı Salyan rayon mərkəzi xəstəxanasına müraciət ediblər. Növbədə olan hicablı qadın həkim onlara baxmaqdan imtina etdiyi üçün onlar Təbibin qaynar xəttinə şikayet ediblər.
Qaynar xəttdən onların şikayəti təmin olunacağı bildirilsə də hamilə ana və azyaşlı uşağı xəstəxana dəhlizində xeyli gözləməli olublar. Onlar xəstəxana dəhlizində çarəsiz gözlədikləri zaman ərzində həmin həkimə başqa xəstədə müraciət edib. Lakin həkim digər xəstəyədə eyni münasibəti göstərib.
Həkimin tutduğu mövqe birbaşa insanlara qarşı laqeyd olmasını sübut edir. Yəni bu xanım peşəsini sevmir və onun məqsədi xəstələrə kömək etmək deyil…
Daha sonra həkim xəstələri təhqiredici ifadələrlə qıcıqlandırmağa çalışıb və bu zaman xəstə yaxınları etirazını bildirib. Bununla bağlı video sübutda var. Həkim birmənalı olaraq xəstəyə baxıb baxmamasının onun öz ixtiyarında olduğunu və buna Təbibin icazə verdiyini bildirir.
Maraqlıdır ki, həqiqətənmi Təbib bizlərə qarşı laqeyddir və həkimlərə; “kefiniz istəyirsə xəstəyə köməklik edin, əgər kefiniz istəmirsə ölsünlər, deyir?
Bu kimi özbaşınalıqlara nə vaxt son veriləcək? Nə vaxta kimi sadə və kasıb təbəqəyə yuxarıdan-aşağıya baxılacaq?
24XEBER.az
Tarix: 13-01-2024, 11:19
Xəbəri paylaş





Xəbər lenti