Lənkəran və Masallıda həyat iflic oldu - 2 saatdır işıq yoxdur və yollar bağlanıb
Masallı və Lənkəran ərazisi iflic vəziyyətə düşüb. 32gun.az xəbər verir ki, yağan qar səbğbindən Hər iki ərazidə evlər işıqsız qalıb. Artıq iki saatdır evlərdə elektriklər kəsilib. Bundan əlavə qar basmış Lənkəran-Masallı magistral yolunda icra hakimiyyətləri tərəfindən heç bir tədbir görülmür. Yollarda qar üzündən avtomobillərin hərəkət etməsi çətinləşib.
Deyəsən Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov məsələyə əncam çəkməkdə, hazırki problemi aradan qaldırmaqda acizdir.