Rayon rəhbəri Birinci Qarabağ müharibəsi əlili Tahir Vəliyevi evində ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Birinci
Qarabağ müharibəsi əlili Vəliyev Tahir Xəlil oğlunu evində ziyarət edib,
onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb. Görüşdə Vətən
Müharibəsi şəhidi İsaqlı Anarın atası Rəsul İsaqov da iştirak edib.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib
ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub,
suverenliyimiz bərpa edilib.
Qeyd edək ki, Tahir Xəlilov 1959-cu ildə Tərtər rayonunun Cəmilli kəndində
anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Tərtər rayon Polis
şöbəsinin əməkdaşı kimi Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak
edib. 1993-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanıb.
Müharibə zamanı aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilib,
dövlət tərəfindən mənzillə təmin olunub.
Qazimiz  ailə üzvləri onlara göstərilən diqqət  qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
 
Tarix: 3-05-2024, 07:04
Xəbəri paylaş





Xəbər lenti