Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Cəmilli kəndində keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq 
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Cəmilli kəndində
keçirilib.
Qəbulda səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri,
ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı şəhidlər guşəsinin önünə gül-çiçək dəstələri düzüb,
şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri qəbulda respublikamızda gedən sosial-iqtisadi inkişafın
xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Cəmilli kəndində
görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial
obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən
problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bildirib
ki, əhali fasifləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, Cəmilli kənd İƏD-nin 460 hektar ərazisi, 344 təsərrüfatı, 1639
nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana, 1 tibb məntəqəsi, 2 ticarət
oyekti, 1 iaşə obyekti, 2 məişət obyekti faəliyyət göstərir. Kənd sakinləri
əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 610 baş iribuynuzlu, 1102 baş
xırdabuynuzlu heyvan, 7200 baş quş, 75 arı ailəsi saxlayırlar.
Son üç ildə Cəmilli kəndində 2,5 km məsafədə kəndarası yollar təmir edilib, su
arxları 7 km məsafədə lildən təmizlənib, kənd ərazisində 1200 ədəd çəkil, 200
ədəd eldar şamı, 300 müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından
təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin
əlçatanlıq  üstünlüklərini qeyd edib  https://rih.gov.az/ platformasından
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok  psixotrop
maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü
maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib.
Kənd sakinlərindən Rəsul İsaqov məktəbin qaz xəttində olan texniki
nasazlığın aradan qaldırılması, Nicat Nəsibov işlə təmin olunma, Sərdar
Muradov kəndin girişində olan ağacların budanması ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
 
Tarix: 3-05-2024, 08:56
Xəbəri paylaş





Xəbər lenti