İcra başçısının qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb - FOTO

İcra başçısının qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə
uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm
rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən
qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların
rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti vətəndaş qəbulunda şəhərin
M.F.Axundov küçəsinin sakini Məmmədov İsmayıl Cavanşir oğlu müraciət edərək
evinin yaxınlığından keçən Tələy arxının qəzalı hissəsində betonlanma işlərinin
aparılmasına köməklik göstərilməsini xahiş etmişdir.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtərçay
Hidrovşağı İstismarı İdarəsi tərəfindən vətəndaşın evinin yaxınlığından keçən Tələy
arxının qəzalı hissəsində betonlanma işləri aparılmışdır.
İsmayıl Məmmədov müraciətinion tez bir zamanda həll olunduğuna görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.



İcra başçısının qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb
İcra başçısının qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb
İcra başçısının qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb
İcra başçısının qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb

Tarix: 10-05-2024, 22:05
Xəbəri paylaş





Xəbər lenti